Məhkəmə qərarları › İş №8(027)-744/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-744/2022

08.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-744/2022 08.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1997/2019 nömrəli icra sənədi üzrə icaatın dayandırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 təqdimatla Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1997/2019 nömrəli icra sənədi üzrə icaatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1997/2019 nömrəli icra sənədinə əsasən iş üzrə borclu ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bağdasər oğlundan cinayət nəticəsində vurulmuş zərərin əvəzi olaraq 15000 manat və 03 avqust 2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək vurulmuş zərər 15000 manatın illik beş faizi 2375 manat məbləğində pul vəsaiti tutulub Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi ilə bağlı 130308/19 saylı icra işi açılaraq, xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu Bağdasər oğlunun yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon polis şöbəsində Borclu Bağdasər oğlu barəsində xx.xx.2022-ci il tarixdə 560162/22 nömrəli axtarış işi açılmışdır. Ona görə də Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1997/2019 saylı icra vərəqəsi üzrə icraat dayandırılmalıdır Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, iş üzrə Tələbkar və Borclu Bağdasər oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırki işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, iş üzrə Tələbkar və Borclu Bağdasər oğlunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin verdiyi təqdimat təmin edilməli və Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1997/2019 saylı icra sənədi üzrə icraat, iş üzrə Borclu Bağdasər oğlunun yeri müəyyən edilənədək, dayandırılmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 6/146-18660-12 nömrəli sənəddən görünür ki, Quba rayon polis şöbəsində Borclu Bağdasər oğlu barəsində xx.xx.2022-ci il tarixdə 560162/22 nömrəli axtarış işi açılmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanununun 19.1.2-ci maddəsinə əsasən borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək, yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1997/2019 saylı icra sənədi üzrə icraat dayandırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar