Məhkəmə qərarları › İş №8(027)-755/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-755/2022

14.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-755/2022 14.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X1 qızının katibliyi ilə Quba Rayon İcra və probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin icra sənədi üzrə icraatın dayandırılması haqqında təqdimatına baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-841/2022 saylı icra sənədinə əsasən icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Həmin icra sənədinə əsasən Borclu "xxxx" KB ASC-nin xeyrinə 4858 manat əsas, 577,63 manat faiz borcu, 8,35 manat cərimə borcu olmaqla, cəmi 5443,98 manat, habelə dövlət rüsumu kimi ödənilmiş 74,84 manat məbləğində pul tutulmalıdır. Qeyd olunan icra sənədi ilə bağlı 133310/22 saylı icra işi açılaraq, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbi könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon Polis Şöbəsində Borclu barəsində xx.xx.2022-ci il tarixdə 560234//22 saylı axtarış işi açılmışdır. Ona görə də Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-841/2022 saylı icra vərəqəsi üzrə icraat dayandırılmalıdır. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi icra sənədi üzrə icraatın dayandırılması məcburi olan halları, 18-ci maddəsi isə icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu halları müəyyən etmişdir. İş materiallarında olan icra məmurunun təqdimatında icra üzrə icraatın dayandırılmasının əsası kimi Quba rayon Polis Şöbəsində Borclu barəsində xx.xx.2022-ci il tarixdə 560234//22 saylı axtarış işinin açılması göstərilmişdir. Məhkəmə hesab edir ki, icra məmurunun qeyd edilən iş üzrə Quba rayon Polis Şöbəsində Borclu barəsində xx.xx.2022-ci il tarixdə 560234//22 saylı axtarış işinin açılması həmin icra sənədi üzrə icraatın dayandırılması üçün əsas deyil. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini əsas tutaraq nəhkəmə qərara aldı: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-841/2022 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar