Məhkəmə qərarları › İş №8(027)-764/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-764/2022

19.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-764/2022 19.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1153/2016 saylı icra sənədinə əsasən Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1153/2016 saylı icra sənədinə əsasən Borclu məxsus «VAZ-21041» minik markalı, **-BM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1153/2016 saylı icra sənədinə əsasən, borclular X4, Borclu və X2 cəmi 1633,64 ABŞ dolları manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar “Finca Azerbaijan ММ” QBKT -nin hesabına ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcun əmlaka yönəldilməsi üçün Quba rayon Məhkəməsi tərəfindən verilmiş 8(027)-153/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən iş üzrə Borclu adına olan «VAZ-21041» minik markalı, **-BM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələb təmin edildiyi üçün Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarıyla icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə nəzərə alaraq, Borclunın adına olan «VAZ-21041» minik markalı, **-BM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxmağı xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə Borclu, tələbkar “Finca Azerbaijan ММ” QBKT –nin nümayəndəsi və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, işdə olan “Finca Azerbaijan ММ” QBKT –nin xx.xx.2021-ci il tarixli, məktubun surətindən məlum olur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1153/2016 saylı icra sənədi üzrə borclular X4, Borclu və X5 “Finca Azerbaijan ММ” QBK –nə olan borcu tam ödənilmişdir. İşdə olan Quba Rayon Məhkəməsinin 8(027)-153/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan «VAZ-21041» minik markalı, **-BM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İşdə olan Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1153/2016 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1153/2016 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan «VAZ-21041» minik markalı, **- BM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini qanuna uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-153/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan olan «VAZ-21041» minik markalı, **-BM-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar