Məhkəmə qərarları › İş №8(027)-765/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-765/2022

19.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-765/2022 19.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon Qeydiyyat şöbəsindən daxil olmuş Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-656/2021 saylı qətnaməsinə izah verilməsi barədə müraciətə baxaraq, məhkəmə Müəyyən etdi: Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-656/2021 saylı qətnaməsi ilə X4 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X5 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X6 xx.xx.2014-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X10, X11 və X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “X7” qeyd olunması qət olunmuşdur. Quba rayon Qeydiyyat şöbəsinin şöbə rəisi vəzifəsini icra edən Kamran İbrahimov məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(027)-656/2021 saylı icra sənədinə əsasən X4 xx.xx.2012-ci il tarixdə, X5 xx.xx.2013-ci il tarixdə və X6 xx.xx.2014cü il tarixdə Quba rayonu Qırmızı qəsəbəsində doğulması faktları müəyyən olunmuşdur.Eyni zamanda X10,X5 və X8 doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X3 ana qrafasında X7 qeyd olunmaqla onlara doğum haqqında şəhadətnamələrin verilməsi təmin olunmalıdır. Lakin həmin qətnamənin qət etdi hissəsində anlaşılmazlıq olduğu üçün tərəfimizdən qətnamənin icrasında çətinliklər yarandığı üçün qeyd olunan qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Beləki,qətnamənin qət etdi hissəsində doğum haqqında şəhadətnamə verilərkən uşaqların atası qrafasında ata kimi X3 yazılması qeyd olunsada uşaqlara atalığın müəyyən edilməsi şəhadətnaməsinin verilməsi barədə və X2 qeyd olunan uşaqlara dair atalıq hüququnun olması barədə heç bir məlumat yazılmamışdır.X1 vəfat etmiş,lakin DSMF-nin Quba rayon şöbəsi tərəfindən qeyd olunan uşaqlara ailə başçısının itirilməyə görə əmək pensiyasını atalıq şəhadətnaməsi olmadığı üçün təyin etmir. Ona görə də xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2013-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəlüdlü X6 atalarının X3 olması və Quba rayon qeydiyyat şöbəsi tərəfindən buna dair atalığın müəyyən edilməsi barədə şəhadətnamələrin verilməsi ilə əlaqədar müvafiq izah verilməsi zərurəti yaranmışdır. Buna görə də göstərilən səbəbdən Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(027)-656/2021 saylı qətnaməsinin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin tam icra olunması məqsədilə qətnamənin nəticə hissəsinə otağına və ya hissəsinə izah verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə qətnamənin izah edilməsi məsələsinin həll edilməsi üçün məhkəmə iclası 19 dekabr 2022-ci il tarixə təyin etmiş və məhkəmə iclasının vaxtı və yeri barədə tərəfləri qanunla müəyyən edilmiş qaydada xəbərdar etmişdir. Lakin, hazırkı iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə qətnamənin izah edilməsi məsələsinə tərəflərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-656/2021 saylı qətnaməsi ilə qət edilmiş X4 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X5 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X6 xx.xx.2014-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X10, X11 və X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “X7” qeyd olunması, X4 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X5 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X6 xx.xx.2014-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X10, X11 və X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “X7” qeyd olunması kimi başa düşülməsi izah ediıməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 14.1ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 15.2, 147, 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-656/2021 saylı qətnaməsi ilə qət edilmiş X4 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X5 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X6 xx.xx.2014-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X10, X11 və X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “X7” qeyd olunması, X4 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X4 xx.xx.2012-ci il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X5 xx.xx.2013-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X6 xx.xx.2014-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində doğulması faktının müəyyən edilməsi, X10, X11 və X8 doğum haqqında şəhadətnamə verilərkən atası qrafasında “X3” anası qrafasında “X7” qeyd olunması kimi başa düşülsün. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar