Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-766/2022 19.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədi üzrə borclu X3 məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X12 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədi üzrə borclu X3 Quba rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədi üzrə borclu X6 qərarın icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və qərarın icrasından üzrsüz səbəbdən, bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun İcra və probasiya şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. İcra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialını araşdıraraq, həmçinin icra işinə baxış keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Quba Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, X2 xx.xx.2016-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir; Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(027)-82/2021 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1802/2020 saylı icra sənədi üzrə borclu X3 məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(027)-842/2022 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(027)-669/2022 saylı qərardadından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)- 1802/2020 saylı icra sənədinin təmini istiqamətində borclu X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmişdir. Əlavə olaraq, məhkəmə tərəfindən də icra məmurunun təqdimatına baxılmasının yeri və vaxtı barədə borcluya bildiriş göndərilsə də heç bir münasibət bildirilməməklə yanaşı icra sənədini icra etməsinə dair hər hansı bir sübutunu da, icra məmuruna təqdim etməmişdir. “İcra haqqında” AR Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından göründüyü ki, X6 əvvəl də barəsində məcburi icra tədbirləri görülmüş və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədi üzrə borclu X6 icra məmurunun çağırışlarına baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinə gəlmədiyi və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat vermədiyi və nəticədə icra sənədinin icrasında çətinliklər yarandığı üçün təqdimat əsaslı sayılaraq təmin edilməli, qeyd olunan icra sənədi üzrə borclu X1 rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 təqdimatı təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1802/2020 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Nügədi-qazmalar kəndində yaşayan X6 məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-766/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-766/2022
19.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver