Məhkəmə qərarları › İş №8(027)-768/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-768/2022

21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-768/2022 21.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədinə əsasən Borclu xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment tutularaq, Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2021-ci il tarixli iş üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarına gedib-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə Borclu etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizədə göstərmişdi ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov tərəfindən Quba rayon İcra və Probasiya Şöbəsinin 88092/21 saylı, xx.xx.2021-tarixli icra işi üzrə “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Borclu hesab edir ki, sözügedən təqdimatın qanunsuz və əsassız olduğu səbəbindən təmin edilməməlidir. Belə ki, İcra Haqqında Qanunun 4.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə və digər orqanların qərarlarının tələbləri başqa orqanlar, vəzifəli şəxslər, habelə hüquqi və fiziki şəxslər tərəfindən də icra oluna bilər. Alimentin əmək haqqından tutulmasına dair məhkəmə qərarlarının icrası zamanı icra məmuru işəgötürənə məktub ünvanlayaraq alimentin əmək haqqına yönəldilməsinin təmin edilməsini tələb edir. Yəni burada icra məmurunun qərarında göstərdiyi məhkəmə qərarının könüllü icra edilməsi üçün vaxt verilməsi və s. formal xarakter daşıyır. Tələbkar sözügedən alimentin vaxtında almaması onun günahı ücbatından deyil, məhz icra məmurunun hərəkətsizliyinin nəticəsidir. Borcun yaranması səbəbi, icra məmurunun öz vəzifəsinin yerinə yetirməməsi, yəni məhkəmə qətnaməsinin aidiyyatı üzrə icraya yönəltməməsi səbəbindən olmuşdur. İcra məmurunun çağırışlarına gedib, qətnamənin icra edilməsindən boyun qaçırmayıb. İcra məmuru vaxtında qətnaməni icraya yönəltsəydi, hər hansı borcun yığılmağından söhbət gedə bilməzdi. Quba Rayon Məhkəməsinin sözügedən qətnaməsi bu günədək hələ də öz güvvəsini almamışdır, hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsində mübahisələnməkdədir. (2(102)-5932/2022-sədrlik edən Əhməd Əhmədov). İcra məmuruna onun qanuni nikahdan Fidan, Rəvan və Fəqan adlı başqa övladlarının olmasını, özü kirayədə yaşamağını, məcburi köçkün olduğunu, uşağının birinin əlil olmağı və onun müalicə üçün küllü miqdarda vəsaitin xərclənməsi, polis əməkdaşı olduğu üçün heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməməyi, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməməyini nəzərə almadan əmək haqqının 70 faizi miqdarında tutulmaya yönəltmişdir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. [121] Hörmətli məhkəmə, göründüyü kimi sözügedən məhkəmənin icrasını həyata keçirilməsi onun səlahiyyətində deyildir. Bunun həyata keçirilməsi birbaşa icra məmurunun səlahiyyətindədir. İcra məmurunun mübahisələndirilən təqdimatına nəzər salsaq, onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının nə üçün lazım olduğunu əsaslandırmamışdır. Yuxarıda qeyd etdiyi kimi, o polis əməkdaşıdır, bu səbəbdən iş yerini özbaşına tərk etməyi mümkün deyildir. Göründüyü kimi, bu məsələyə münasibətdə də onun icra işinə formal yanaşılıb, hər hansı bir araşdırma aparılmamışdır. Məlum olduğu kimi, Quba Rayon Məhkəməsinin mübahisəli qətnaməsi hələ də güvvəyə minməmiş, tAli Məhkəmədə mübahisələnməkdədir. (2(102)- 5932/2022- sədrlik edən Əhməd Əhmədov). İcra məmuru tərəfindən verilmiş təqdimatın özü belə qanunvericiliyin təqdimatın forma və məzmunu ilə bağlı tələblərə cavab vermir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə Borclu, Tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədinə əsasən Borclu xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay əmək haqqının ¼ hissəsi məbləğində aliment tutularaq, Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimatın 2.4-cü bəndinə əsasən təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. Hazırkı iş üzrə verilmiş təqdimatda Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Borclu ölkə hüdudlarına gedib-gəlməsini və bunun icra sənədinin icrasına maneçilik göstərməsini qeyd etsə də, nə borclunun həqiqətən tez-tez ölkə hüdudlarına gedib-gəlməsinə dair heç bir sübut təqdim etməmiş, nə də ki, ölkə hüdudlarına gedib-gəlməsinin icra prosesinə hansı maneçiliklərin törətməsini əsaslandırmamışdır. Bu isə təqdimatın əsassız olmasını göstərir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat əsassızdır və təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-193/2020 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar