Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-77/2025 21.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 borclu ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin e-2(027)-790/2024-021 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu əsas kreditə görə 4163 manat əsas borc, 765,99 manat faiz borcu və 6 manat cərimə olmaqla, ümumilikdə 4934,99 (dörd min doqquz yüz otuz dörd manat doxsan doqquz qəpik) manat məbləğində borc və 70,97 manat (yetmiş amant doxsan doqquz qəpik) manat tutularaq, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Qeyd olunan icra sənədi üzrə 31635/2025 saylı icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Lakin, Borclu bu zamana kimi tələbi təmin etməmişdir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədlərinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, habelə Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-790/2024 saylı icra sənədinə əsasən, cavabdeh Borclu əsas kreditə görə 4163 manat əsas borc, 765,99 manat faiz borcu və 6 manat cərimə olmaqla, ümumilikdə 4934,99 (dörd min doqquz yüz otuz dörd manat doxsan doqquz qəpik) manat məbləğində borc və 70,97 manat (yetmiş amant doxsan doqquz qəpik) manat tutularaq, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o icra məmurunun çağırışlarından yayınaraq, tələbin könüllü icrasını yerinə yetirməmişdir. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri, o cümlədən borcluya şəxsən təqdim edilmiş tələbin könüllü icrası barədə bildirişi tədqiq edərək, hazırda borclunun icra sənədini icra etməkdən yayınmasını nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən Borclu icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və borclunun ölkə ərazisini tərk edəcəyi təqdirdə qeyd edilən icra sənədinin icra olunmama mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-790/2024 saylı icra sənədi üzrə borclu xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-77/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-77/2025
21.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver