Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-778/2022 29.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 katibliyi ilə Quba rayon Məhkəməsinin 2(027)-1012/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(027)-1012/2020 saylı, 04 iyun 2020-ci il tarixli icra sənədinin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-1012/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X10 azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X12, X8 və X7 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X5 məxsus 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınmalı və həmin evə köçürülməlidir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 ərizəsindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1012 saylı icra sənədinə əsasən X10 azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2011-ci il təvəllüdlü X15, X14 və X7 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2019-cu il tarixli çıxarışla X5 məxsus 142.2 kv.metr sahəsi olan evə köçürülməlidirlər. Həmin icra sənədi xx.xx.2022-ci il tarixdə icraatıma daxil olmuş və tərfimdən müvafiq qaydada icraata başlanılmışdır. Başlanmış icraat zamanı icra sənədinin icrasını təmin etmək məqsədilə 25 08.2022-ci il tarixdə sözü gedən mübahisəli mənzildə olduq. Məlum oldu ki, həmin evin mülkiyyətçisi X9 vəfat etmiş və faktiki olaraq evdə X16 oğlu X25 ilə birlikdə yaşayırlar. Tərəfimizdən icra sənədinin mahiyyəti borclular Qumru Səlimova və Qəmbər Səlimova izah edildi və tələbkara azyaşlı uşağları ilə birlikdə maneəyəsiz köçüb yaşamaları üçün şərait yaradılmaları təklif olundu. Lakin borclular tələbkar və azyazşlı uşağlarının evin 1-ci mərtəbəsində yaşamalarını təklif etdilər. Tərəfimizdən tərəflərlə birlikdə evin 1-ci mərtəbəsinə baxış keçirildi. Amma evin 1-ci mərtəbəsində yaşayış üçün əlverişli şəraitin olmamasını müşahidə etdik. Ona görədə tələbkar sozu gedən evin 2-cı mərtəbəsində yaşamaq istədiyini bildirdi. Bu zaman tərəflər arasında müsbahisə yarandı və borclular Qumru Səlimova və Qəmbər Səlimov barəsində məhkəmə qərarının icrasına maneəçilik törətdiklərinə görə inzibati protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə təqdim olunmuş və hər iki borclulu Azərbaycan Respublikası İXMnin 528.1ci maddəsinə əsasən təqsirli bilinib 500 manat cərimə edilmişdirlər. Bundan sonra işin icrasını təmin etmək məqsədi ilə təkrarən icra tədbiri təyin edilmişdir. İcra tədbiri zamanı həmin mübahisəli evə dair çıxarış təqdim edilmiş və çıxarışdan göründüyü kimi evin və torpaq sahəsinin tərəflər arasında payları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Yanında Daşınmaz Əmlakın Dövlət Resytrı Xidməti tərəfindən X20 adına fərdi yaşayış evinə dair verilmiş çıxarışa əsasən adı çəkilən fərdi yaşayış evinin % hissəsi X6 % hissəsi isə X17 mülkiyyətinə verilmişdir. Belə olan halda isə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1012 saylı icra sənədinin icrası zamanı tərəflər arasında evə köçmə ilə bağlı mübahisəsə baş verir və tələbin icrasında çətinliklər yaranır. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə qeyd olunan məsələyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, icra məmuru ərizəsində icra sənədinin izah edilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin tələbindən də, göründüyü kimi Məhkəmənin qətnaməsinin məzmunu dəyişdirilmədən izah verilə bilər. Qeyd olunan maddənin tələbində icra sənədinin izah edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin Quba rayon Məhkəməsinin 2(027)-456/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsinin izah edilməsi üçün əsas yoxdur, çünki qətnamədəki bütün ifadələr anlaşılandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (mad.230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (mad.230.3) İcra haqqında 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmənin qeyd edilən qətnaməsi əsasında verilmiş icra vərəqəsində aydın şəkildə qətnamənin nəticə hissəsi göstərilmişdir və məhkəmə hesab edir ki qeyd edilən qətnamənin izahı üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Məhkəməsinin 2(027)-1012/2020 saylı, 04 iyun 2020-ci il tarixli qətnaməsinin izah edilməsinə dair Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-778/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-778/2022
29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver