Məhkəmə qərarları › İş №8(027)-779/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-779/2022

30.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-779/2022 30.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 qızının katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X7 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-319/2020 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin 09 aprel 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, Borclu; X4 xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2015-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tələbkar X5ma verilməlidir. İş üzrə tələbkar Ağarzayeva (Bayraməliyeva) Elvira Kərimbala qızı ərizə ilə Quba Rayon icra və Probasiya Şöbəsinə müraciət edərək Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2643/2019 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2021-ci il tarixli qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-319/2020 saylı icra sənədi Quba rayon Məhkəməsinə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar X7 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X7, cavabdeh X8 qarşı aliment tələbinə dair Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-319/2020 saylı qətnaməsi vardır. Həmin qətnaməyə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay 450 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon icra və Probasiya Şöbəsinə göndərilmişdir. İş icraatda olduğu müddətdə cavabdeh alimenti vaxtlı vaxtında ödəmiş və qətnamənin icrasından yayınmamışdır. Buna görə də, onlar cavabdeh X10 ilə razılığa gəlib Quba Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək, cavabdehdən heç bir tələb və şikayətimin olmadığını, icra işinin Quba rayon məhkəməsinə geri qaytarılmasını xahiş etmişlər Lakin icra işi məhkəməyə geri qaytarıldıqdan sonra cavabdeh övladları ilə maraqlanmamış və alimentlə bağlı heç bir ödəniş etməmişdir. O, cavabdehdən aliment tələbi ilə bağlı Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək alimentin ödənilməsini tələb etmişdir. İcra işi məhkəməyə geri qaytarıldığından icra məmuru icra işinin icrasının mümkünsüz olduğunu və bununla bağlı Quba rayon məhkəməsinə müraciət edib işin yenidən icraya yönləndirilməli olduğunu bildirmişdir. O, Quba rayon icra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev tərəfindən qəbul edilmiş icra sənədinin məhkəməyə qaytarılması barədə 09 aprel 2021-ci il tarixli qərarın ləğv olunmasını istəyir. İcra məmuru tərəfindən qərar qəbul edilərkən iş üzrə tələbkarın heç bir dəfə də olsa icra sənədinin icrası ilə bağlı maraqlanmamış, alimenti ödəməkdən yayınmışdır. İş üzrə borcluya, tələbkara və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X3 şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-319/2020 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2021-ci il tarixli qərarından tələbkar X7 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X3 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar