Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-783/2022 30.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin tələbin borclunun pensiyasına yönəldilməsi haqqında təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)- 1180/2021 saylı, icra sənədi ilə Borclu ödəməli olduğu borcun onun pensiyasınaın 50%-nə yönəldilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(027)-1180/2021 saylı icra vərəqəsinə əsasən Borclu 4485 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. Tələbkar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən borcludan tutularaq tələbkara ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, 60200/22 saylı icra işi açılaraq icraata başlanılmışdır. Eyni zamanda iş üzrə Borclu “İcra Haqqında” Azərbayca Respublikası Qanununa müvafiq olaraq tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş verilsədə, borclu bu müddət ərzində icra sənədinin tələbini icra etməmişdir. Bu səbəbdən icra sənədi üzrə tələbin səmərəli icrası istiqamətində “İcra Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq məcburi icra hərəkətlərinin tətbiqinə başlanılmışdır. Həmçinin Borclu əmlak vəziyyətinin və pul vəsaitlərinin olub-olmamasının yoxlanılması məqsədi ilə müvafiq sorğular göndərilmişdir. Borclu gəlir yerləri yoxlanılarkən onun Quba rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən hərbi xidmət dövrü ilə əlaqədar lci qrup əlilliyə görə pensiya alması müəyyən edilmişdir. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2 və 44-cü maddələrini rəhbər tutaraq tələbin borclunun sosial müavinətinə yönəldərək onun sosial müavinətindən 50 faizinin Tələbkar xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-1180/2021 saylı icra sənədinə əsasən Borclu 4485 manat məbləğində borc pul və 30 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2022 -ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Borclu İ qrup əlilliyə görə 248,16 manat məbləğində pensiya alır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-1180/2021 saylı icra sənədi ilə Borclu ödəməli olduğu borc onun pensiyasının 20%-nə yönəldilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-1180/2021 saylı icra sənədi ilə Borclu ödəməli olduğu borc onun pensiyasının 20%-nə yönəldilsin. Qərardadın icrası Quba rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-783/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-783/2022
30.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver