Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-793/2022 29.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi X1 və Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2806/2018 saylı icra sənədi üzrə tələbkar X11 və X4 Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2806/2018 saylı icra sənədi üzrə tələbkarlar X11 və X2 rayon İcra və Probasiya Şöbəsinin 28 oktyabr 2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-2806/2018 saylı qətnaməsinə əsasən 25 fevral 2015-ci il təvəllüdlü qızı X12 cavabdeh X3 alınıb onlara verilməsi qət edilmişdir və bu qətnamə üzrə 08 fevral 2019-cu il tarixdə Quba Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmiş və qətnamənin icrası Quba Rayon İcra və Probasiya Şöbəsinin İcra X15 həvalə edilmişdir. xx.xx.2015-ci il təvəllüdlü Bahar Abdiyeva onların doğma qızlardır, cavabdeh Nuriyyə Abdulrəhmanova isə nənəsidir. Məhkəmə icraçısı V.Məmmədov qətnamənin icrasını bir neçə dəfə təyin etmiş, lakin azyaşllı Bahar Abdiyeva onun yanına gəlməkdən imtina etməsini əsas gətirib, qətnamənin icrasına başdansovdu yanaşaraq qəti tədbirlər görməyərək, xx.xx.2022-ci il tarixli qərarı ilə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir, halbu ki, icra məmuru qəti icra tədbirləri görərək azyaşlı qızı Baharın onlara qaytarılmasını təmin etməli idi, icra məmuru isə yalnız azyaşlı Baharın öyrədilərək, valideynlərini istəmədiyini bildirməsini əsas gətirərək icra vərəqəsinin icra etməkdən məhkəməyə qaytarmışdır. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin qərarı ləğv edilməli və icra hərəkətləri davam etdirilərək qətnamə icra edilməlidir. Məhkəmə iclasında X6 Nizami şikayət ərizəsində yazılanlara uyğun izahat verərək şikayətin təmin olunmasını və Quba rayon İcra Şöbəsinin məmurunun 28 oktyabr 2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 izahatında göstərmişdir ki, şikayəti əsassız hesab edir. Belə ki, dəfələrlə icra tədbirləri keçirilib. X7 nümayəndəsi dəvət olunub. Uşaq anası ilə görüşmək istəmir, stress keçirir. Uşağın yaşadığı ünvana getmişlər, nənəsi uşağın anası və atası ilə getmək istəmədiyini bildirmişdir. 28 oktyabr 2022-ci il tarixli qərarın qüvvədə saxlanmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər şikayətçi X11 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və icra məmurunun izahatlarını dinləyib Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2806/2018 saylı icra sənədi üzrə tələbkarlar X11 və X4 şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, ərizəçinin izahatından və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-2806/2018 saylı icra sənədi tam icra olunmamışdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2806/2018 saylı icra sənədi üzrə xx.xx.2022ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2806/2018 saylı icra sənədi üzrə xx.xx.2022ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-793/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-793/2022
29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver