Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-82/2025 28.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X5 iştirakı ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-240/2025 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 240/2025 saylı qətnaməsi ilə onun X9 qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək X6 xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək xx.xx.2024cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşaqlardan xx.xx.2007-ci il təvəllüdlü X14 artıq yetkinlik yaşına çatmışdır və ona münasibətdə aliment öhdəliklərinə xitam verilmişdir. Digər övladı xx.xx.2009-cu il təvəllüdlü X12 isə hələ yetkinlik yaşına çatmamışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində alimentin miqdarı 160 manat təşkil edir ki, bu da himayəsində olan övladı Şəhanənin saxlanılmasına və onun ehtiyaclarının ödənilməsinə kifayət etmir. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs olan borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-240/2025 saylı qətnaməsi ilə X6 xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində alimentin tutularaq X8 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-240/2025 saylı qətnaməsi ilə X6 xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində alimentin tutularaq X8 verilməsi qət edilmişdir. Lakin, buna baxmayaraq X3 Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-240/2025 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-240/2025 saylı qətnaməsi qəbul edilərkən məhkəmə tərəfindən sabit pul məbləğində aliment təyin edilən zaman onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilmişdir. Aliment məbləğinin indeksasiya edilməsi alimentin sabit pul məbləğində ifadə edildiyi hallara şamil olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından da göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsi təmin edilməməlidir. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-82/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-82/2025
28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver