Məhkəmə qərarları › İş №8(027)-83/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-83/2023

27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-83/2023 27.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-2402/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, borclu, Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-2402/2022 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşayan Borclu icra sənədinin icrası ilə əlaqədar icra sənədini icra edən icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin icrasını təşkil etmək məqsədi ilə borclunun Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkarın nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. İş sənədlərində olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e- 2(027)-2402/2022 saylı icra sənədinə əsasən borclu, Borclu 841 (səkkiz yüz qırx bir) manat 10 qəpik əsas, 103 (yüz üç) manat faiz borcu, 0.79 qəpik cərimə, cəmi 944 (doqquz yüz qırx dörd) manat 89 qəpik məbləğində pul vəsaiti və 30 (otuz) manat 40 qəpik dövlət rüsumu "xxxx" KB ASCnin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən icra sənədinin könüllü icra edilməsi ilə bağlı Borclu rəsmi bildiriş göndərilmişdir. Qeyd edilən bildirişin xəbərnaməsinin surətində xəbərnamənin Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşayan “atası Alxasov Alxas” imzası ilə xx.xx.2023-cü il tarixdə qəbul edildiyi qeyd edilmişdir. Borclunun icra sənədi barədə məlumatlandırılmasına dair digər sübut əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə də, Borclu icra sənədinin icrası ilə əlaqədar məlumatlandırılması barədə sübut əlavə olunmadığından, həmçinin icra sənədi üzrə digər hər hansı icra hərəkətlərinin aparılması ilə bağlı məlumatlar iş materiallarına əlavə olunmadığından, bununla da icra sənədinin icrasında yayınmanın üzrsüz səbəbdən olmasının müəyyən edilməsi mümkün olmadığından, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan xx.xx.2022-ci il tarixli, e-2(027)- 2402/2022 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Qonaqkənd qəsəbəsində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar