Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-86/2025 01.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Maraqlı şəxs X11 iştirakı ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkməsinin xx.xx.2015-ci il tarixli iş 2(027)-1239/2015 saylı qətnaməsi ilə cavabdeh Borclu, yetkinlik yaşına çatmayan övladları 23 iyun 2013 ci il tarixdə anadan olmuş X1 üçün hər ay 70 manat məbləğində aliment indeksasiya edilərək ərizənin Mediasiyaya daxil oluduğu tarixdən başlayaraq X9 onun xeyrinə sonra ki, artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X16 ilə 2012-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahlarından 23 iyun 2013-cü il tarixdə bir uşağları X7 anadan olmuşdur. Quba rayon Məhkəməsinin 2(027)-1239/2015 mülki iş üzrə 01.06 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 may 2015-cu il tarixindən başlayaraq X16. X9 hər 70 manat alimentin tutulub verilməsi qət edilmişdir. O, uşağı təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 70 manat məbləğində aliment uşağın təlabatlarını heç cür ödəmir. Bu məbləğ simvolik xarakter daşıyır. Cavabdeh isə uşağın saxlanması üçün ona heç bir əlavə yardım etmir. Bundan başqa cavabdeh fərdi işlə və bizneslə məşğul olur, gəlirləri yüksəkdir, Lakin buna baxmayaraq cavabdeh birgə nigahlarından dünyaya gələn övladlarının böyüdükcə inkişaf edərək xərcləri artmasını nəzərə almır. O, özü isə az yaşlı uşağa baxdığına görə heçbir yerdə işləyə bilmir, Hal-hazırda valideyinlərinin himayəsindədir. Məhkəmı iclasında maraqlı şəxs X16 izahatında bildirmişdir ki, hal hazırda işsizdir xəstə ata və anasına baxır, aliment ödəməyə imkanı yoxdur. X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 1239/2015 saylı qətnaməsindən görünür ki, 23 iyun 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması öcün Borclu 01 may 2015-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X10 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əmək haqqının məbləği 2015-ci il üzrə 105 manat və 2025-ci il üzrə 01 yanvar 2025-ci ildən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1239/2015 saylı qətnaməsindən görünür ki, 23 iyun 2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, xx.xx.2015-ci il tarixdən X9 hər ay hər uşağa görə 70 manat aliment tutularaq, X12 ödənilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən, 23 iyun 2013-cü il tarixdə doğulmuş X1 üçün müəyyən olunmuş aliment məbləği 2015-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,67 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Ərizədə əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 0.67 misli həddində aliment tutulmasına dair nəticə əldə olunduğundan, məhkəmə ərizənin 0.67 misli həddində təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 01 may 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-1239/2015 saylı qətnaməsinə əsasən, 23 iyun 2013-cü il tarixdə doğulmuş X1 üçün X9 tutulan aliment məbləği 01 may 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.67 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-86/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-86/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver