Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-87/2025 01.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 Maraqlı şəxs Borclu nümayəndəsi X3 iştirakı ilə, X1 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-1119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün Quba rayonu Rustov kənd sakini Borclu hər ay hər uşağa görə tutulan 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)-1119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ailə kimi birgə yaşadığları dövrdə anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ona, iddiaçı X7 verilməsi qət olunmuşdur. O, cavabdehlə rəsmi nikah olmadan el adəti üzrə toy edib ailə qurmuşdur. Ailə kimi yaşamışlar. Uşaqlardan biri, xx.xx.2018ci il təvəllüdlü X8 Quba rayon Məhkəməsinin 2(027)-1119/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən atalığ verilmiş, ata qrafasında Borclu qeyd olunmuşdur. Hal-hazır ki, dövrdə Quba rayon Məhkəməsinin qətnaməsi ilə qət olunmuş bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment bir uşağın bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Hər şeyin qiyməti artır. Məktəb xərclərini ödəmək olmur. O, heç yerdə işləmir. Maddi vəziyyəti ağırdır. Məktəbli uşağları saxlamağ çətinləşir. O, atasının himayəsində qalır. Atası onlara köməklik edirdi. İndi isə sağlamlığı buna imkan vermir. O, da uşaqlar azyaşlı olduğundan, uşaqlara baxmağa başqa adam olmadığından hələ ki, işləyə bilmir. Dövlət tərəfindən 2025-ci il üçün bir uşağa aylıq 246 (iki yüz qırx altı) manat məbləğində yaşayış minimumu müəyyən edilmişdir. Cavabdeh Borclu "xxxx" MMC-də rəngsaz vəzifəsində işləyir. Əmək haqqının məbləğini bilmir. Gəlirləri aliment ödəməyə imkan verir. Hesab edir ki, onun xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay iki uşağa görə tutulan 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.55 faiz mislində müəyyən edilməlidir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmı iclasında maraqlı şəxs Borclu nümayəndəsi X10 izahatında bildirmişdir ki, Borclu aliment ödəməyə imkanı yoxdur. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 1119/2023 saylı qətnaməsindən görünür ki, Borclu xx.xx.2018-ci il təvəllüdlü X9 münasibətdə atalığı müəyyən edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X9 doğum haqqında şəhadətnamə verilərkən soyadı “Abasov", ata qrafasında isə “X15” qeyd olunmuş,. xx.xx.2017-ci il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 aprel 2023-cü il tarixdən başlayaraq hər uşağa görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment cavabdeh Borclu alınaraq iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il üzrə 01 yanvar 2023-ci il tarixdən 345 manat və 2025-ci il üzrə 01 yanvar 2025-ci ildən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1119/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş aliment məbləği 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Ərizədə əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 0.50 misli həddində aliment tutulmasına dair nəticə əldə olunduğundan, məhkəmə ərizənin 0.50 misli həddində təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 21 aprel 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1119/2023 saylı qətnaməsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu tutulan aliment məbləği 21 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-87/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-87/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver