Məhkəmə qərarları › İş №8(027)-91/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-91/2023

29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-91/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 iştirakı ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2020ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X4 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2020ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(027)-403/2017 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2020ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, Borclu maddi zərərin əvəzi olaraq 6915 (altı min doqquz yüz on beş) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 6.945 (altı min doqquz yüz qırx beş) manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir. İş üzrə ekispertiza xərcini təşkil edən 73,04 (yetmiş üç manat, dörd qəpik) manat məbləğində vəsait Borclu tutularaq Azərabaycan Respublikasının Dövlət Büdcəsinə Az MEM VÖİN ********** X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SVVİFT BİK JTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnformasiya Sistemi” vasitəsi ilə borclunun əmlak vəziyyəti və gəlir yerlərinin olubolmaması mütəmadi olaraq yoxlanılmışdır. Borclu əmlaklarının və gəlir yerlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmişdir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixljj 2(027)-403/2017 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar X4 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2016-cı il tarixdə Qusar şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba rayon məhkəməsinin 03 avqust 2017ci il tarixli 2(027)-403/2017 saylı qətnaməsi ilə Quba rayon sakini Borclu maddi zərərin əvəzi olmaqla 6915 (altı min doqquz yüz on beş) manat, dövlət rüsumun əvəzi olaraq 30 (otuz) manat olmaqla cəmi 6945 (altı min doqquz yüz qırx beş) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Quba rayon məhkəməsinin 03 avqust 2017-ci il tarixli 2(027)-403/2017 saylı qətnaməsindən uzun müddət keçməsinə baxmayaraq Quba rayon İcra və Probasiya şöbəsi qətnaməni icra etməmişdir. Bu barədə Quba rayon İcra və Probasiya şöbəsinə dəfələrlə müraciət etsədə həmin müraciətlər cavabsız qalmışdır. Bu səbəbdən də o, müvafiq olaraq şikayət ərizələri yazmış, lakin həmin şikayət ərizələrinin də heç bir əhəmiyyəti olmamışdır. Belə ki, şikayət ərizələrindən sonra da həmin icra sənədi icra olunmamışdır. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən ona xx.xx.2022-ci il tarixli 04/M-762 saylı məktub göndərilərək bildirilmişdir ki, Borclu Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən 500 manat məbləğində cərimə edilmişdir. Bununla da Borclu icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübuta yetirilmişdir. Quba rayon İcra və Probasiya şöbəsi borclu barəsində özünün məcburi tədbirlərini davam etdirməmiş, icra sənədini icra etməmək məqsədi ilə heç bir əsaslı səbəb olmadan icra sənədini icra etməyərək geri qaytarmış, bu isə tələbkar kimi onun maraqlarını kobud şəkildə pozmuş və icra sənədinin səmərəsizliyinə səbəb olmuşdur. Bundan başqa icra sənədinin icrasının təmin edilməsi istiqamətində görülmüş icra tədbirləri nəticə vermədiyi üçün icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əasən xx.xx.2020-ci il tarixli qərarla Quba rayon məhkəməsinə geri qaytarılmışdır. Bundan sonra o, Quba rayon İcra və Probasiya şöbəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ona təqdim edilmişdir. Məhkəmə iclasında tələbkar X4 ərizəni müdafiət edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə borcluya və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-403/2017 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2020-ci il tarixli qərarından tələbkar X4 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2020ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından X1 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2020ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar