Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-91/2025 01.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Maraqlı şəxs Borclu iştirakı ilə X1 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 2(027)-919/2017 saylı qətnaməsinə əsasən 16 noyabr 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün ünvan 1i ünvanında yaşayan X8 hər ay tutulan 117 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, onun xeyrinə hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, o, cavabdeh X13 ilə 2013-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, Quba rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli, 2(027)-919/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan anadan olmuş 16 noyabr 2015-ci il təvəllüdlü X14 onun himayəsində saxlanılmış, uşaqların yetkinik yaşna çatanadək saxlanılması üçün X8 hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. 2022-ci ildən qarşılıqlı razılaşma əsasında Əliyev Ramiz 170 manat aliment ödəmişdir. Hal-hazırda həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir, cavabdeh isə bundan artıq aliment ödəməyə razı deyil. O, uşağı təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdə aliment uşağın təlabatlarını heç cür ödəmir. Bu məbləğlə uşağın qida xərclərini belə ödəmək mümkün deyildir. Halbuki cavabdehin daha yuxarı məbləğdə aliment ödəməyə imkanı vardır. Onun xeyrinə 16 noyabr 2015-ci il-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 tutulan aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,60 faiz mislində müəyyən edilməlidir. Məhkəmə iclasında maraqlı şəxs X11 izahatında bildirmişdir ki, hal hazırda işsizdir, əlavə gəliri də yoxdur, aliment ödəməyə imkanı yoxdur. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)- 919/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Borclu ilə cavabdeh Əliyeva (Sultanova) Gülnar Fərrux qızı arasında Quba rayon İHB-nın Küpçal İƏD üzrə nümayəndəliyində 23 iyun 2013-cü il tarixdə bağlanmış, akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, 16 noyabr 2015-ci il təvəllüdlü X4 və tərbiyyə olunması üçün anası Əliyeva (Sultanova) Gülnar Fərrux qızının yanında saxlanılmış, 16 noyabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Borclu 20 iyul 2017-ci il tarixdən başlayaraq 117 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh Əliyeva (Sultanova) Gülnar Fərrux qızına ödənilsin qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən minimum aylıq əmək haqqının məbləği 2017-ci il üzrə 01 yanvar 2017-ci il tarixdən 116 manat və 2025-ci il üzrə 01 yanvar 2025-ci ildən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-919/2017 saylı qətnaməsinə əsasən, 16 noyabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği 2017-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.01 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Ərizədə əmək haqqının 0.60 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 1.01 misli həddində aliment tutulmasına dair nəticə əldə olunduğundan, məhkəmə ərizənin 1.01 misli həddində təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 24 aprel 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-919/2017 saylı qətnaməsinə əsasən, 16 noyabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu tutulan aliment məbləği 24 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.01 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-91/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-91/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver