Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-93/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1796 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Nurəddin Əmrullayevin təqdimatına baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1796 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1796 saylı icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il təvəllüdlü X4 anası X1 yanında qalmalıdır. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019cu tarixindən başlayaraq Borclu hər ay 150 manat aliment alınaraq X1 xeyrinə ödənilməlidir. İş üzrə tələbkar X1 ərizəsinə əsasən Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1796 saylı icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən, Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1796 saylı icra sənədinin icraatına xitam verilməlidir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1796 saylı icra sənədinə əsasən, nikahın pozulmasından sonra xx.xx.2019-ci il təvəllüdlü X5 anası X1 yanında qalmış, xx.xx.2019-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment Borclu tutularaq X3 verilməlidir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Hacıqaib kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Quba rayon məhkəməsi tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli, 8(027)-358/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Quba Rayon Məhkəməsinin 3(027)-487/2020 saylı, 23 iyun 2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, Ağbil kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və probasiya Şöbəsinə gətirilməsi qərara alınmış, qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş matetriallarında olan Quba rayon İcra və probasiya şöbəsinin 27 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş Borclu məcburi qaydada gətirilməsi barədə Quba rayon məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 8(027)- 358/2020 saylı qərardadı icra olunması üçün Quba rayon Polis Şöbəsinə göndərilmiş, lakin həmin qərardadın icrası barədə Quba rayon İcra və probasiya şöbəsinə heç bir məlumat daxil olmamışdır. “İcra haqqında “Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, iş üzrə icraata xitam verilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, həmin qanunun tələbinə əsasən icra vərəqəsi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267-269-cu maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1796 saylı icra vərəqəsi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-93/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-93/2023
29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver