Məhkəmə qərarları › İş №8(027)-93/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-93/2025

08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-93/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-238/2020 nömrəli, 21.01,2020-ci il tarixli icra sənədi üzrə icaatın dayandırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 təqdimatla Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-238/2020 nömrəli, 21.01,2020-ci il tarixli icra sənədi üzrə icaatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 21.01,2020-ci il tarixli, 2(027)-238/2020 saylı icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü uşaq X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. Qeyd olunan icra sənədi ilə bağlı 76794/20 saylı icra işi açılaraq, xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Borclu yaşayış yerini müəyyən etmək mümkün olmamışdır. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Quba rayon Polis Şöbəsində Borclu barəsində xx.xx.2021-ci il tarixdə axtarış işi açılmışdır. Ona görə də Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-238/2020 saylı icra vərəqəsi üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsinin, Borclu iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 verdiyi təqdimat təmin edilməli Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-238/2020 nömrəli, 21.01,2020-ci il tarixli icra sənədi üzrə icraat, iş üzrə Borclu yeri müəyyən edilənədək dayandırılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanununun 19.1.2-ci maddəsinə əsasən borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək, yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-238/2020 nömrəli, xx.xx.2020-cü il tarixli icra sənədi üzrə icraat dayandırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar