Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-94/2025 05.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-1676/2023 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vahid Məmmədovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-1676/2023 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli, e-2(027)-1676/2023 saylı icra vərəqəsinə əsasən Borclu cəmi 16467 manat 31 qəpik məbləğində pul və 139 manat 80 qəpik manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılması zərurəti yaranmışdır. Borclu, tələbkar və Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Quba Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, Borclu Tələbkar ASC-nin xeyrinə 09 iyun 2021-cü il tarixli, 106804-185929/1 nömrəli istehlak krediti müqaviləsi üzrə ödənilməmiş 14222.1 manat əsas borcu, 2245,21 manat faiz borcu olmaqla, cəmi 16467,31 manat məbləğində pul, habelə ödənilmiş 139,80 manat dövlət rüsumu tutulmalıdır. Təqdimata əlavə olunan digər sənədlərdən və icra işindən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Əlavə olaraq, məhkəmə tərəfindən də icra məmurunun təqdimatına baxılmasının yeri və vaxtı barədə borcluya bildiriş göndərilsə də heç bir münasibət bildirilməməklə yanaşı icra sənədini icra etməsinə dair hər hansı bir sübutunu da, icra məmuruna təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir; 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vahid Məmmədovun təqdimatı təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-1676/2023 saylı icra sənədinin təmini istiqamətində borclu, xx.xx.1992-ci il tarixdə Kislovodsk şəhərində doğulmuş, Quba rayonu, Digah kəndində yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-94/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-94/2025
05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver