Məhkəmə qərarları › İş №8(027)-97/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-97/2023

29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-97/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1775/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, borclu, Quba rayonu, 2-ci Nügədi kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1775/2022 saylı icra sənədi üzrə borclu, Quba rayonu, 2-ci Nügədi kəndində yaşayan Borclu icra sənədinin icrası ilə əlaqədar icra sənədini icra edən icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin icrasını təşkil etmək məqsədi ilə borclunun Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Borclu ifadəsində bildirmişdir ki, məhkəmə qərarının icrası ilə bağlı bir dəfə icra şöbəsinə dəvət olunmuşdur. Lakin o Bakı şəhərində işlədiyinə görə, həmçinin maddi imkanı çətin olduğundan icra məmurunun çağırışına gələ bilməyib,borcu da ödəyə bilməyib. Buna baxmayaraq, o növbəti dəfə İcra məmuru tərəfindən İcra və Probasiya şöbəsinə çağırılarsa, yayınmayacağına və könüllü olaraq çağırışlara gedəcəyinə söz vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. İş sənədlərində olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e- 2(027)-1775/2022 saylı icra sənədinə əsasən cavabdeh, Borclu 1500 (min beş yüz) manat əsas, 289 (iki yüz səksən doqquz) manat 10 qəpik faiz borcu, 0. 65 manat cərimə, cəmi 1789 (min yeddi yüz səksən doqquz) manat 75 qəpik borc və dövlət rüsumu üçün köçürülmüş 38 (otuz səkkiz) manat 35 qəpik məbləğində pul vəsaiti "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e- 2(027)-1775/2022 saylı icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi və əks halda icra sənədini icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən icra sənədinin könüllü icra edilməsi ilə bağlı Borclu rəsmi bildiriş göndərilmişdir. Qeyd edilən bildirişin xəbərnaməsinin surətində xəbərnamənin xx.xx.2023-cü il tarixdə qəbul edildiyi imza ilə təsdiq etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə də, Borclu icra sənədinin icrası ilə əlaqədar məlumatlandırılması barədə sübut əlavə olunmadığından, həmçinin icra sənədi üzrə digər hər hansı icra hərəkətlərinin aparılması ilə bağlı məlumatlar iş materiallarına əlavə olunmadığından, habelə borclu məhkəmənin ilkin çağırışı ilə gəldiyindən və bununla da icra sənədinin icrasından yayınmanın üzrsüz səbəbdən olmasının müəyyən edilməsi mümkün olmadığından, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1775/2022 saylı icra sənədi üzrə borclu, Quba rayonu, 2-ci Nügədi kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar