Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-97/2025 05.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(027)-1904/2024 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Zərdabi kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e-2(027)-1904/2024-025 saylı icra sənədi üzrə borclu Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. Məlumat üçün bildirir ki, Borclu hazırda borcu 1322.85 manat təşkil edir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun Quba Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə təqdimat vermiş orqanın nümayəndəsinin, habelə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin olunmalıdır. İş sənədlərində olan Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-1904/2024 saylı icra sənədinə əsasən, Cavabdeh Borclu xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 826.03 (səkkiz yüz iyirmi altı manat 03 qəpik) manat əsas, 397.27 (üç yüz doxsan yeddi manat 27 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcu və 99.55 (doxsan doqquz manat 55 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 33.23 (otuz üç manat 23 qəpik) manat dövlət rüsumunun, cəmi 1322 (min üç yüz iyirmi iki manat 85 (səksən beş) qəpik tutularaq Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, Borclu məxsus girov predmeti olan ümumi çəkisi 11.51 qram olan 750 əyarlı 3 ədəd üzük, ümumi çəkisi 2.42 qram olan 583 əyarlı boyunbağı və klon, ümumi şəkisi 6.16 qram olan (daşın çəkisi 1.16 qram) 583 əyarlı 1 ədəd üzük ilkin satış qiyməti 1422 (min dörd yüz iyirmi iki) manat 79 (yetmiş doqquz) qəpik müəyyən olunmaqla ixtisaslaşdırılmış açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 1322 (min üç yüz iyirmi iki) manat 85 (səksən beş) qəpik Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalı, satışdan əldə olunan vəsait «Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu-un tələbindən artıq olarsa, artıq məbləğ Borclu qaytarılmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Borclu Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-1904/2024 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyəcəyi halda barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Quba RİHB-nın Zərdabi qəsəbəsi İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Borclu nümayəndəliyin Zərdabi qəsəbəsində qeydiyyatdadır və halhazırda ərazidə yaşamır. Məhkəmə hesab edir ki, qeyd edilən icra sənədilərinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, borclu Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və icrası Quba rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-1904/2024 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Zərdabi kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-97/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-97/2025
05.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver