Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-98/2023 29.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Quba rayonu, Ağbil kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(027)-517/2022 saylı icra vərəqəsinə əsasən nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat sabit pul məbləğində aliment Borclu tutularaq X4 verilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Quba rayon icra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1.1- ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)- 517/2022 nömrəli, xx.xx.2022-ci il tarixli saylı icra sənədinə əsasən, Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş 18 iyun 2005-ci il təvəllüdlü X1, 06 avqust 2006-cı il təvəllüdlü X2 və 14 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment Borclu tutularaq X4 verilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli, Quba Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(027)-517/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin, xx.xx.2022-ci il tarixli, 2(027)-517/2022 saylı icra sənədinə əsasən iş üzrə borclu Quba rayonu, Ağbil kəndində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-98/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-98/2023
29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver