Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-98/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, e-2(027)-1456/2019 saylı icra sənədi üzrə borclu X1 məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimov təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Bağbanlı kəndində yaşayan X1 məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, e-2(027)-1456/2019 saylı icra sənədi üzrə borclu Quba rayonu, Bağbanlı kəndində qeydiyyatda olan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. Borclu aliment üzrə qalıq borcu 1080 manat təşkil edir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun Quba Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, borclu naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş, Quba rayon İcra və Probasiya şöbəsi nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə təqdimat vermiş orqanın nümayəndəsinin, habelə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin olunmalıdır. İş sənədlərində olan Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(027)-1456/2019 saylı icra sənədinə əsasən, nikahın pozulmasından sonra xx.xx.2019-cu il təvəllüdlü X6 anası X2 yanında qalmış, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment və üç yaşınadək hər ay 30 (otuz) manat maddi yardım Borclu tutularaq X8 qjzına verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, X4 Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(027)-1456/2019 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməyəcəyi halda barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən icra sənədilərinin icrasının təmin olunması üçün təqdimat təmin edilməli, borclu Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməli və icrası Quba rayon Polis şöbəsinə həvalə edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2(027)-1456/2019 saylı icra sənədi üzrə borclu, Quba rayonu, Bağbanlı nəndində yaşayan xx.xx.1986-cı il təvəllüdlü X5 məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-98/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-98/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver