Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-1/2022 17.02.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Tələbkar Borclu iştirakı ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(028)-109/2020 saylı, 01.09.2020-ci il tarixli icra sənədinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Borclu məhkəməyə müraciət edərək, 14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X8 ilə həftənin şənbə günləri saat 15:00-dan gecə yanında qalmaqla bazar günü səhər saat 10:00-dək, bayram və ad günlərində isə gün ərzində 6 saat müddətində yanında qalmaqla ünsiyyətdə olmaq hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-109/2020 saylı, 01.09.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Borclu 14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X8 ilə həftənin şənbə günləri saat 15:00-dan gecə yanında qalmaqla bazar günü səhər saat 10:00-dək, bayram və ad günlərində isə gün ərzində 6 saat müddətində yanında qalmaqla ünsiyyətdə olmaq hüququ verilməsi qət edilmiş və qətnaməyə əsasən icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Kənan Məhərrəmov ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-109/2020 saylı, 01.09.2020-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-109/2020 saylı, 01.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X8 ilə həftənin şənbə günləri saat 15:00-dan gecə yanında qalmaqla bazar günü səhər saat 10:00-dək, bayram və ad günlərində isə gün ərzində 6 saat müddətində yanında qalmaqla ünsiyyətdə olmaq hüququ verilməlidir.Hımin icra sənədi 22.10.2020-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır.Lakin hal-hazırda 14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X8 ataları Borclu yanında yaşayırlar. Qubadlı Rayon Məhkəməsinin 2(028)-210/2018 saylı,12.11.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən Borclu ilə X2 arasında Qubadlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 02.04.2010-cu il tarixli , 80 nömrə ilə qeyd edilmiş nikah qeydi pozularaq, 14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X8 anaları X1 himayəsinə verilməsi ilə bağlı və uşaqların ataları Borclu alınaraq anaları ƏV.Əsədovaya verilməsi ilə bağlı məsələyə izah verilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası qanunun 14cü maddəsini rəhbər tutaraq icra sənədinin izah edilməsi məsələsinə baxılması xahiş edilir. Məhkəmədə tələbkar Borclu bildirdi ki, qətnamə icra edilmişdir. Uşaqlar anaları ilə qalırdılar.Sonradan yayda uşaqlar onun yanına gəlmiş və anaları ilə yaşamaq istəməyərək geri qayıtmamışdırlar. Məhkəmə tələbkarı dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, uşaqlar atadan alınaraq anaya verildikdən sonra atanın uşaqlarla ünsiyyətdə olmaq hüququna dair icra sənədi icra edilməlidir. Belə ki, məhkəmə iddiaçı X6 qızının cavabdeh Borclu qarşı “nikahın pozulması və aliment tələbi”nə dair mülki iş üzrə iddiaçı Tələbkar Qubadlı Rayon Məhkəməsinin 2(028)-210/2018 saylı, 12.11.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair 17.12.2021-ci il tarixli ərizəsinə baxarkən 2(028)-210/2018 saylı 24.12.2021-ci il tarixli qərardad qəbul etmiş və həmin qərardadda “14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X8 anaları - X1 himayəsinə verilməsi” anlayışının məhz “14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X4 Borclu alınaraq anaları - X1 himayəsinə verilməsi” kimi başa düşülməsini izah etmişdir. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(028)-210/2018 saylı qərardadının ləğv edilməsini xahiş etmiş və məhkəmə 29 dekabr 2021-ci il tarixli qərardadı ilə Qubadlı Rayon Məhkəməsinin 2(028)-210/2018 saylı iş üzrə qəbul etdiyi 24 dekabr 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.Hal-hazırda 2(028)-210/2018 saylı mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-210/2018 saylı, 12.11.2018-ci il tarixli qətnaməsinə görə uşaqlar - 14.12.2010-cu il təvəllüdlü X7 və 10.01.2014-cü il təvəllüdlü X4 ataları Borclu alınaraq anaları - X1 himayəsinə verilməsi kimi başa düşülsün və bundan sonra Qubadlı Rayon Məhkəməsinin 2(028)-109/2020 saylı, 01.09.2020-ci il tarixli icra vərəqəsinə əsasən ata Borclu övladları ilə görüşü məsələsi icra edilsin . Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №8(028)-1/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-1/2022
17.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver