Məhkəmə qərarları › İş №8(028)-1/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-1/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-1/2024 23.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, katibliyi, Ərizəçi (Tələbkar) X1 iştirakı ilə Ərizəçi (Tələbkar) X1 məhkəmə qətnaməsinə əsasən ödənilmiş pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-1432/2021 saylı qətnaməsi ilə X1 apellyasiya şikayəti təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək cavabdeh Borclu 40000 (qırx min) manat və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. X3 məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borclu (cavabdeh) Borclu ona ödəməli olduğu 36316,76 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 5,3 faiz artmasını nəzərə alınmaqla hesablanmış 38147,44 manat pul vəsaitinin cavabdeh Borclu tutulub ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 ərizəsini müdafiə edərək bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1432/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin təmin edilməsinin, cavabdeh Borclu 40.000 (qırx min) manatın və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınmışdır: cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 1432/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırda həmin qətnamə xx.xx.2022-ci il tarixində icraaya yönəldilmişdir. Həmin tarixdən xx.xx.2023-cü il tarixə kimi borclu olduğu məbləğin 3416,24 manatını ödəmişdir. 2022-ci ilin sentyabr ayından, 2023-cü ilin dekabr ayının 1-nə kimi ölkə ərazisində baş vermiş istehlak qiymətlərinin artması ilə əlaqədar cavabdeh Borclu ona borclu olduğu 36316,76 manat pulun indeksasiya olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 3-34/2-150/04-1/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, istehlak qiymətləri 2023-cü ilin noyabr ayından, 2022-ci ilin sentyabr ayına nisbətən 105,3% təşkil etmişdir. 36316,76 manatın 5,3% 1830,68 manat təşkil edir (36,316,76+1,830,68=38,147,44). Ekspertiza rəyinə əsasən borclunun ona xx.xx.2023-cü il tarixə olan qalıq borcu 36906,81 manat müəyyən edilmiş və ona uyğun olaraq ümumi borc məbləği istehlak qiymətlərinin 5,3% artması ilə birlikdə cəmi 38862,87 manat hesablanılmışdır. Göstərinləri nəzərə alaraq, ərizəsinin ekspert rəyinə uyğun olaraq təmin edilməsini xahiş etdi. Borclu və Sumqayıt şəhər üzrə İcra İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbləri haqqında məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını və Ekspert rəyini araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1432/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X1 apellyasiya şikayəti təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək cavabdeh Borclu 40000 (qırx min) manat və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 3-34/2-150/04- 1/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda göstərilir ki, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayında 2022-ci ilin sentyabr ayına nisbətən 105,3 faiz təşkil etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 2483/7 saylı xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, idarənin icraatında cavabdehə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkəməsinin 2(105)-1432/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi vardır. Məlumat üçün bildirilir ki, Borclu əmək haqqından 1800 manat, pensiyasından 1952,34 manat, cəmi 3752,34 manat tutularaq X1 xeyrinə tutulmuşdur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 9/2826 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi tərtib olunmuş cədvəl məlumatından və cari hesabdan çıxarış məlumatlarını nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1432/2021 saylı, xx.xx.2021-cil tarixli qətnaməsinə əsasən 40000 manat pul vəsaitinin cavabdeh Borclu tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə iddiaçı X2 cəmi 3093,19 manat məbləğində ödənişlər etmiş və xx.xx.2023-cü il tarixə olan qalıq borcu 36906,81 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən istehlak qiymətlərinin 5,3% artmasını nəzərə alınmaqla, artım məbləğinin (36906,81*5,3%=1956,06) 1956,06 manat təşkil etdiyi müəyyən olunur. Ümumilikdə qalıq borcu ilə faiz borcunun cəmi (36906,81+1956,06=38862,87) 38862,87 manat təşkil etdiyi müəyyən olunur. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra İdarəsinin 184584/07 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1432/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu pensiyasından xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1443,19 manat, əmək haqqından isə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1650 manat olmaqla cəmi 3093,19 manat pul tutularaq tələbkar X1 bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizə üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı məbləğlərin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə borclu (cavabdeh) Borclu X2 ödəməli olduğu 36906,81 manat pul vəsaitinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası ərazisində Dövlət Statistika Komitəsinin məlumatına əsasən istehlak qiymətlərinin 5,3 % artması (1956,06 azn) nəzərə alınmaqla hesablanmış 38862,87 manat pul vəsaiti borclu (cavabdeh) Borclu tutulub ərizəçi (tələbkar) X2 ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə aparılmış tədqiqatın 100 manat dəyəri borclu (cavabdeh) Borclu tutulub dövlət büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar