Məhkəmə qərarları › İş №8(028)-12/2024

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-12/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-12/2024 28.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi Tələbkar iştirakları ilə, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Qubadlı Rayon Məhkəməsinə müraciət edərək e-2(028)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub Tələbkar verilməlidir. xx.xx.1981-ci ildə Qubadlı rayonunda anadan olmuş , Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olan borclu icra sənədini üzrsüz səbəbdən icra etmir. Borclu barəsində icra sənədinin icrasını təmin etmək və onların qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmalarının qarşısını almaq məqsədi ilə ölkədən getmək hüquqlarının məhdudlaşdırılması zərurəti yaranmışdır. Hesab edilir ki, zəruri icra tədbirlərinin görülməsi müddəti ərzində Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Tələbkar bildirdi ki, borclu aliment ödəmir. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və borclu lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarı dinləyib, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona bunun üçün 10 gün vaxt verildiyi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2228/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)- 4/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-4/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar