Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-13/2022 08.07.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Tələbkar, Borclu iştirakları ilə Tələbkar Borclu qarşı ödənilməli pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı qətnaməsi ilə Tələbkar Borclu qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin olunaraq, Borclu xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 7200 manat, maddi ziyana görə 500 manat və mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Tələbkar ödənilməli pul məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı qətnaməsi üzrə ona ödənilməli olan borc məbləğinin indeksasiyasının həyata keçirilməsi və Borclu 3697,5 manat indeksasiya məbləğinin cəmi 12397 manat tutulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Tələbkar ərizəsini müdafiə edərək bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən kredit müqaviləsi ilə bağlı 7200 manat, maddi ziyana görə 500 manat və mənəvi zərərə görə 1000 manat məbləğində pulun Borclu tutulması qət edilmişdir, məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış və icra sənədi icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Lakin borclu tərəfindən borc ödənilməmiş, məhkəmənin qətnaməsi icra edilməmiş və borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1. maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. Sumqayıt Şəhər Məhkəməsi 01 iyun 2021-ci il tarixdə təqsirləndirilən şəxs Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1. maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq onun AR CM-nin maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hökm çıxarmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra borclu icra sənədi üzrə borcu ödəməmişdir və bu gün də borc məbləği ödənilməmiş qalmışdır . Qanuni qüvvəyə minmiş məhkəmə aktı tərəflərə münasibətdə məcburi hüquqi qüvvəyə malikdir və məzmununa uyğun şəkildə icra olunmalıdır. Həmçinin qeyd edilir ki, indeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətinin qorunması, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin artırılması məqsədlərinə xidmət edir. Hazırkı mübahisədə tələbkarın indeksləşdirmə tələbi məhkəmə qərarının icrasında baş verən gecikmələrdə qaynaqlanır. Məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması yaxud da icranın üzürsüz səbəblərdən ağlabatan müddəti aşan şəkildə yubadılması borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlı sayılmalıdır.Borclu məhkəmə qərarının icrası üzrə öhdəliyin daşıyıcısıdır. Həmin öhdəliyin yerinə yetirilmədiyi, xüsusilə də uzun zaman kəsiyində yerinə yetirilmədiyi müddət ərzində şəxsin indeksasiyanı tələb etmə haqqı məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş məlumata görə istehlak qiymətləri indeksi 2020-ci ilin dekabr ayında 2017-ci ilin may ayına nisbətən 108, 5 faiz təşkil edir. Qərarın icraya yönəldildiyi müddətdən xeyli vaxt keçdiyi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş məlumata əsasən ötən müddət ərzində ölkə ərazisində istehlak qiymətləri artıma doğru dəyişdiyi üçün yuxarıda istinad olunan normalara əsasən məhkəmə qərarının icrası ilə əlaqədar tutulmalı pul məbləğinin müvafiq indeksasiyası həyata keçirilməlidir. Bu baxımdan qərarın icraya yönəldildiyi müddətdən etibarən istehlak qiymətlərinin artması və inflyasiyanın artım səviyyəsi ilə bağlı kompensasiyanın məbləğinin indeksləşdirilməsini tələb etməkdə özünü haqlı sayır. Qeyd edir ki, qətnamə qanuni qüvvəsini 2017-ci idə almışdır və həmin ildən hazırki dövrədək ödənilməli pul məbləğinin indeksasiyası həyata keçirilməlidir.2017 -ci, 2018-ci, 2019-cu , 2020-ci və 2021-ci illər üzrə 8700 x 108.5 : 100 = 739.5 manat . 5 il ərzində isə hesabladıqda ödənilməli pul məbləği ümumilikdə 12.397 manat edir.İndeksasiya məbləği 3.697,5 (üç min altı yüz doxsan yeddi) manat təşkil edir. Göstərinləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmədə Borclu bildirdi ki, onun borcu ödəməyə maddi imkanı yoxdur.Eyni zamanda ödənilməli pul məbləğinin indeksasiyası ilə razı deyil.Bunların nəzərə alınmasını məhkəmədə xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Borclu xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 7200 manat, maddi ziyana görə 500 manat və mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Borclu Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-689/2022 saylı Qərarından görünür ki, Sumayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Borclu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşması cəzasına məhkum edilmiş və zərərçəkmiş şəxs Tələbkar apelyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Borclu cəzanin təyin edilməsi hissəsində dəyişdirilmiş, cəzanın müddəti 1 il azaldılaraq üzərində qəti olaraq 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(102)-689/2022 saylı qərarına əsasən zərərçəkmiş şəxs Tələbkar kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır.İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7,10,24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizə üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı məbləğlərin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8- 1(102)-8/2021 saylı, xx.xx.2021 tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması yaxud da icranın üzürsüz səbəblərdən ağlabatan müddəti aşan şəkildə yubadılması borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, borclu məhkəmə qərarının icrası üzrə öhdəliyin daşıyıcısıdır. Həmin öhdəliyin yerinə yetirilmədiyi, xüsusilə də uzun zaman kəsiyində yerinə yetirilmədiyi müddət ərzində şəxsin indeksasiyanı tələb haqqı məhdudlaşdırıla bilməz(onun təqsirli davranışına bağlı hallar istisna olmaqla). Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 02/1-47 nömrəli məktubdan görünür ki, istehlak qiymətləri indeksi 2020-ci ilin dekabr ayında 2017-ci ilin may ayına nisbətən 108, 5 faiz təşkil edir. Bu baxımdan qərarın icraya yönəldildiyi müddətdən etibarən istehlak qiymətlərinin artması və inflyasiyanın artım səviyyəsi ilə bağlı iddiaçı borc məbləğinin indeksləşdirilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Tələbkar Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı qətnaməsi ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəsi təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)- 641/2017 saylı qətnaməsi üzrə Tələbkar verilməli olan 8700 manat 3697,5 manat indeksasiya edilməklə cəmi 12397 manat həcmində icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq: QƏRARA ALDİ: Ərizə təmin edilsin. Borclu Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)- 641/2017 saylı qətnaməsi üzrə Tələbkar borclu olduğu ödənilməmiş məbləğ 8700 manat və indeksasiya olunan məbləğ 3697,5 manat olmaqla, cəmi 12397,50 manat məbləğində müəyyən edilsin Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №8(028)-13/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-13/2022
08.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver