Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-16/2024 23.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Borclu Qubadlı Rayon Məhkəməsinin e-2(028)-240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, tərəfindən Tələbkar ASC-yə qətnamə üzrə 7387,21 manat borcun hissə-hissə, yəni ayda 100 manat tutularaq ödənilməsi barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Tələbkar ASC cavabdeh Borclu qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bank ondan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 6818,51 manat, faiz borcuna görə 418,7 manat, dəbbə borcuna görə 703,58 manat, cəmi 7940 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-240/2024-saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ondan əsas borca görə 6818,51 manat, faiz borcuna görə 418,7 manat, 150 manat cərimə borcu, cəmi 7387,21 manat borc və 93,87 manat ödənilmiş dövlət rüsumunun ondan bankın xeyrinə tutulmasi qət edilmişdir. Hal-hazırda həmin qətnamə qüvvəyə minmişdir və icra edilməsi üçün Sumqayit şəhər İcra və Probasiya şöbəsinin icraçısı Orxan Məmmədova tapşırılmışdır. Borcun ödənilməsi ilə bağlı o, qətnamənin icra edilməsinə etiraz etmir, yəni dövlətin adından çıxarılmış qətnamə mütləq qaydada icra edilməlidir. Hazırda maddi və əmlak vəziyyəti borcu ödəməyi o qədər ağırdır ki, tərəfindən qətnamədə göstərilən məbləği tam ödəyə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisələndirdiyi qətnaməni hissə-hissə icra edə, yəni hər ay 100 manat civarında borcun ödənilməsini təmin edə bilər. Belə ki, barəsində başqa banklarla bağlı da kreditləri (Tam kart) vardır. İşsizdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Tələbkar ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və cavabdehin ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Ərizədə göstərilir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-240/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair cavabdehin ərizəsinə baxılması xx.xx.2024-cü il tarixinə təyin edilmişdir. Sözügedən borc üzrə cavabdeh tərəfindən ən son ödəniş xx.xx.2023-cü il tarixində olmuşdur. Qətnamə elan olunduğu tarixdən bugünədək 1 il 2 aydan çox zaman keçməsinə baxmayaraq, qətnamə üzrə hər hansı ödəniş edilməmişdir. Cavabdeh qətnamənin icrasından yayınır və niyyəti ödəniş etmək deyil, qətnamənin icrasını yubatmaqdır. Həmçinin xahişinə əsasən qətnamə üzrə tutulmalı olan cəmi 7387,21 manat və 93,87 manat rüsum borcun hər ay 100 manat olmaqla icra edilməsini istəyir. Bu isə 75 ay sonra, yəni 6 il 3 ay sonra qətnamənin tam icra olunacağı mənasına gəlir. Bu səbəbdən cavabdehin ərizəsi təmin edilməməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi və borclu lazımi qaydada xəbərdar edilmələlərinə baxmayaraq, idarənin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə rədd olunmalıdır. Belə ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)-240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu xx.xx.2022-ci il tarixli, NRNPU-10733 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6818,51 manat, faiz borcuna görə 418,7 manat faiz borcu, 150 manat cərimə borcu, cəmi 7387,21 manat borc və 93,87 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı Tələbkar ASCnin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair 04 iyul 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun.Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə xüsusi ilə qeyd edir ki, Qubadlı Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2024-cü il tarixdə qət edilmişdir. Göstərilən məhkəmə aktının qəbulundan 06 (altı) ay vaxt keçmiş və ərizəçi bu müddət ərzində tələbkara borcu tam olaraq ödəməmişdir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 231, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRAR VERDİ: Borclu Qubadlı Rayon Məhkəməsinin e-2(028)-240/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №8(028)-16/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-16/2024
23.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver