Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-18/2025 21.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 2(028)-695/2016 saylı icra sənədi üzrə icra məmurunun qərarının ləğv olunması və icra sənədinin icraya yönəldilməsi barədə tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ərizəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: Cavabdeh icra məmuru Pərvanə Novruzova tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-695/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi geri qaytarılmışdır. Ərizəçi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədinin geri qaytarılması haqqında icra məmuru Pərvanə Novruzova tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsinə və icra hərəkətlərinin davam etdirilməsi üçün Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-695/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh icra məmuru Pərvanə Novruzova xx.xx.2025-ci il tarixində məhkəmənin xx.xx.2016-cı il tarixli 2(028)-695/2016 saylı icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etmişdir. Hesab edilir ki, Cavabdeh icra məmurunun qərarı qanunsuzdur və əsassızdır. Belə ki, məhkəmənin icra sənədinə əsasən cavabdeh Borclu cəmi 6359,05 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində "xxxx" ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna daxil olan məktubla məlum olmuşdur ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(028)-695/2016 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə “İcra Haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru sözügedən qərarı qəbul edən zaman sadəcə olaraq elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Həmçinin icraat dövründə borclu şəxsdən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməyən borclu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclunun gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəciyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi ərizəyə uyğun ifadə verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və borclu lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, qərar ləğv edilməli və icra sənədi üzr icra hərəkətləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)- 695/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Borclu 4645,86 ABŞ dolları əsas, 1710,55 ABŞ dolları faiz, 02 ABŞ dolları cərimə, cəmi 6359,05 ABŞ dolları, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-695/2016 saylı mülki işinin materiallarında olan Cavabdeh icra məmuru Pərvanə Novruzovanın xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-695/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. Həmin qərarda icra sənədinin icrası Borclu məxsus tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak olmadığından mümkünsüz hesab edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiy icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsi yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əlde etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallardc axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə düzgün gəlməmiş, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir. Çünki borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Qanunvericilik bu xüsusatı digər gəlirlər olmadıqda, habelə əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticə vermədikdə icra sənədinin geri qaytarılmasının əsası kimi müəyyən etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Cavabdeh Qubadlı Rayon Məhkəməsinin 2(028)-695/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-695/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzr icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №8(028)-18/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-18/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver