Məhkəmə qərarları › İş №8(028)-20/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-20/2025

21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-20/2025 21.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə “İcra sənədinin qaytarılması haqqında” Cavabdeh icra məmuru Sevinc Əhmədova tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması və Qubadlı Rayon Məhkəməsinin 2(028)-1129/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə tələbkar LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əzirəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: Cavabdeh icra məmuru Sevin Əhmədova tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-1129/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi geri qaytarılmışdır. Ərizəçi LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək, icra sənədinin geri qaytarılması haqqında icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli (028)-1129/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh icra məmuru Sevinc Əhmədova xx.xx.2025-ci il tarixində məhkəmənin xx.xx.2016-cı il tarixli 2(028)-1129/2016 saylı icra sənədi üzrə “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etmişdir. Hesab edilir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin icra sənədinə əsasən cavabdeh Borclu cəmi 3986,02 ABŞ dolları məbləğində pul vəsaitinin və 20 manat ödənilmiş dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində "xxxx" ASC- nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna daxil olan məktubla məlum olmuşdur ki, məhkəmənin xx.xx.2016-cı il tarixli (028)-1129/2016 saylı icra sənədi xx.xx.2025-ci il tarixdə “İcra Haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Bundan başqa ərizədə icra məmurunu sözügedən qərarı qəbul edərkən yalnız elektron sistem üzərindən borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənildiyi və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra hərəkətləri həyata keçirilmədiyi qeyd edilmişdir. Həmçinin icraat dövründə borclu şəxsdən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməyən borclu şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borclunun gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəciyini nəzərə alaraq borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi ərizənin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və borclu lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)- 1129/2016 saylı xx.xx.2016-cı il tarixli əmrinin surətindən görünür ki, Borclu 2993,04 ABŞ dolları əsas, 797,97 ABŞ dolları faiz, 195,01 ABŞ dolları cərimə, cəmi 3986,02 ABŞ dolları, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-1129/2016 saylı mülki işinin materiallarında olan Cavabdeh icra məmuru Sevinc Əhmədovanın xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 1129/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. Həmin qərarda icra sənədinin icrası Borclu məxsus tələbin yönəldilə biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığından icrası mümkünsüz hesab edilmişdir. Bundan başqa məhkəmə iclasında ərizəçinin iştirakı ilə elektron məhkəmə sisteminə baxış keçirilən zaman həqiqətən də borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlakın olmadığı, eyni zamanda hər hansı özəl və ya dövlət müəssisəsində işləmədiyi müəyyən edilmşdir. Mülki işin materiallarında olan Aktdan müəyyən olunur ki, icra məmuru borclunun mənzilinə baxış keçirərkən qiymətli əmlak və qızıl-zinyət əşyaları aşkar etməmişdir. Həmçinin borclunun adına heç bir daşınmaz əmlak müəyyən olunmamışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiy icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsi yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əlde etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə belə qənaətə gəlir ki, icra məmuru tərəfindən borclu barəsində bütün icra tədbirləri görülmüş, bu səbəbdən icra məmurunun qəbul etdiyi qərar qanuni və əsaslı hesab ediməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “İcra sənədinin qaytarılması haqqında” Cavabdeh icra məmuru Sevinc Əhmədova tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması və Qubadlı Rayon Məhkəməsinin 2(028)-1129/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar