Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-21/2022 02.12.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı, xx.xx.2021-cı il tarixli və 2(028)-327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı, xx.xx.2021-cı il tarixli və 2(028)-327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərii üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı, xx.xx.2021-cı il tarixli icra sənədinə əsasən Borclu 2000 manat pul tutularaq Tələbkar2, 2(028)-327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasənisə cəmi 1030 manat məbləğində pul tutularaq Tələbkar1 MMC-yə ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixlərdə icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq, qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, həmçinin ilk icra sənədi xx.xx.2022-ci il tarixdə kötüyünə imza etdirilməklə yenidən təqdim olunmuş və izahatı alınmış, lakin tələb təmin olunmamışdır.Hazırki materiallara əsasən icra sənədləri üzrə heç bir ödəniş olunmamışdır.Göstərilənlərə əsasən Borclu Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı, xx.xx.2021-cı il tarixli və 2(028)-327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə ölkədən getməsi ehtimal olunduğundan ölkədən getmə hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və tələbkar lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata icra məmurunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı, xx.xx.2021-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu cəmi 2000 manat məbləğində pul tutularaq iddiaçı Tələbkar2 verilməlidir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-327/2022 nömrəli, xx.xx.2022-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu cəmi 1000 manat əsas məbləğ və 30 manat dövlət rüsumu iddiaçı Tələbkar1 MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri secə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa konvensiyasıa dair 4 saylı protokolunun 2-ci maddəsinin tələblərinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu huquqların həyata kecirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün və ya digər şəxslərin hüquq və azdlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N saylı Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.3cü bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.3.5-ci bəndinə əsasən icra sənədi üzrə tələb borclunun əmlakına yönəldikdə borclunun ölkədən getmək hüququnun müvvəqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Təlimatın 2.8.5-ci bəndinə əsasən icra sənədi tam icra olunduqda məhdudlaşdırılma icra qurumu tərəfindən aradan qaldırılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 268-269-cu maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-609/2021 saylı, xx.xx.2021-cı il tarixli və 2(028)-327/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş təqdimat rədd edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(028)-21/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-21/2022
02.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver