Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-23/2025 04.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Ərizəçi (Tələbkar) Tələbkar, Borclu iştirakı ilə Ərizəçi (Tələbkar) Tələbkar məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin qeydiyyata alındığı tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Borclu xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,67 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar ərizəsini müdafiə edərək bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Borclu ilə arasında Qubadlı rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər yanında qalması, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Borclu tutularaq ona verilməsi qət edilmişdir. Hazırda həmin aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Göstərinləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu ərizəni qismən qəbul edərək bildirdi ki, hazırda yeni ailə qurub. Yeni nikahdan hələki övladı yoxdur. Tələbkar ilə olan nikahdan uşaqlarının saxlanması üçün hər ay 400 manat aliment ödəyir. Həmin məbləğin ümumilikdə 50 manat həcmində artırılmasına narazı deyildir. Sumqayıt şəhər üzrə İcra idarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və borclunu dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Borclu və Tələbkar arasında xx.xx.2014-cü ildə Qubadlı rayon qeydiyat şöbəsində bağlanılmış nikahın pozulması, xx.xx.2016-cı il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 X1 yanında qalması, Borclu hər ay 200 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 200 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və mediasiya rüsumu olan 50 manatdan 25 manat rüsumunun tutulub X2 verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1dən 300 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 2023-cü ilin yanvar ayının 1-dək 300 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment təyin olunduğundan, indeksləşmə qaydasına əsasən cavabdehdən hər ay üçün 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,666 misli həddində sabit pul məbləğində aliment hesablanılır. (200 manat/300 manat=0,666; 400 manat x 0,666=266,4 manat) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, borcludan 2022-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləğinin hər ay hər bir uşaq üçün 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,6 misli həddində indeksasiya edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-412/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il tarixdə doğulmuş X5 və xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər bir uşaq üçün 200 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,6 misli həddində indeksasiya edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №8(028)-23/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-23/2025
04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver