Məhkəmə qərarları › İş №8(028)-25/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-25/2025

11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-25/2025 11.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi (Tələbkar) X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi (Tələbkar) X4 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya üzrə artırılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-189/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2020-ci il təvəllüdlü X1 üçün xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla cari il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına nisbətdə (400 x 0,7) indeksasiya edilərək müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək bildirdi ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-189/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu və X6 arasında xx.xx.2017-ci ildə Sumqayıt “ASAN xidmət" Mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 tələbkarın yanında saxlanılması, borcludan hər ay 175 manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 50 (əlli) manat miqdarında maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək tələbkara ödənilməsi qət edilmişdir. Hazırda tələbkar övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Uşağın böyüməsi ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün bir uşağa 175 manat aliment kifayət etmir. Göstərinləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etdi. Borclu və Sumqayıt şəhəri üzrə İcra İdarəsi qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsi səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Borclu və X6 arasında xx.xx.2017-ci ildə Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar Borclu 15 (on beş) manat dövlət rüsumunun tutulması, X3 bu rüsumundan azad edilməsi, xx.xx.2020-ci il tarixdə doğulmuş X2 X3 yanında qalması, Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 verilməsi, Borclu hər ay 50 (əlli) manat miqdarda maddi yardımın xx.xx.2021-cı il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək tutulub X5 verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi, birgə nikah dövründə əldə olunmuş Sumqayıt şəhəri, 10-cu mikrorayon, bina 3, mənzil 69-a dair ödədikləri 14343 (on dörd min üç yüz qırx üç) manat məbləğində pulun üzərində X3 payı 1/2 hissə, Borclu payının 1/2 hissə müəyyən edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 250 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2019-cu il sentyabrın 1-dən 2022-ci ilin yanvar ayının 1-dək 250 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 175 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,7 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (175 manat/250 manat=0,7) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, borcludan 2021-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay uşaq üçün 175 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,7 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar