Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-27/2025 11.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X11 Mübariz oğlunun sədrliyi, Quliyev Reyhan Cəmil qızının katibliyi ilə Ərizəçi (Tələbkar) X3 məhkəmə qətnaməsinə əsasən alimentin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (Tələbkar) X5 məhkəmə qətnaməsinə əsasən ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-238/2023 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla tutulmalı olan alimentin hər ay uşaq üçün minimum əmək haqqı məbləğinin 0,643 (257 manat) misli məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 238/2023 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi borclu ilə ərizəçi arasındakı nikah pozulmuş, uşaq onun himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması qət edilmişdir. Ərizəçi işləmir. Qət edilmiş alimentdən sonra Respublika üzrə minimum əmək haqqı artmışdır. Hesab edir ki, aliment buna uyğun indeksləşdirilməlidir. Göstərinləri nəzərə alaraq, ərizənin təmin edilməsi xahiş edilir. Ərizəçi və borclu qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbləri haqqında məlumat verməmişdirlər. Ona görə də Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-238/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Borclu və X5 arasında xx.xx.2017-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il tarixdə doğulmuş X1 Sevda Cavanşir qızının yanında qalması, Borclu hər ay 193 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi, Borclu hər ay 50 (əlli) manat miqdarda maddi yardımın xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək tutulub X4 verilməsi, qalan hissədə iddianın rədd edilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1dən 300 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 2023-cü ilin yanvar ayının 1-dək 300 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-238/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 193 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,643 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (193 manat/300 manat=0,643). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, borcludan 2022-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-238/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay uşaq üçün 193 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,643 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №8(028)-27/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-27/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver