Məhkəmə qərarları › İş №8(028)-28/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-28/2025

11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-28/2025 11.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Mübariz oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi ilə “İcra sənədinin qaytarılması haqqında” Maraqlı şəxs icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə Tələbkar QSC-nin əzirəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: Maraqlı şəxs icra məmuru Sevinc Əhmədova tərəfindən Qubadlı Rayon Məhkəməsinin e-2(028)-614/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Ərizəçi Tələbkar QSC məhkəməyə ərizə ilə müraciət edərək, İcra sənədinin qaytarılması haqqında” Maraqlı şəxs icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)- 614/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmə qərarı ilə X1 Cəmiyyətin xeyrinə 240 manat borc, 5 manat cərimə, cəmi 245 manat və 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Məhkəmə qərarı icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. İcra İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə icra sənədi geri qaytarılmışdır. Qərardan göründüyü kimi icra vərəqəsinin geri qaytarılmasına səbəb borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlakın və gəlirlərin olmadığı göstərilmişdir. Hesab edilir ki, icra məmuru Sevinc Əmədova “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq icra tədbirlərini görməmişdir. Qeyd edilir ki, əmlaka baxışın hansı formada keçirilməsi və hal şahidlərinin iştirakının hansı formada təmin edilməsi məsələləri ziddiyyətlidir. Baxış zamanı ilk olaraq tələbkar tərəf dəvət edilməmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah edilib-edilməməsi, onların bilə-bilə yalan ifadələr verməsinin məsuliyyətə səbəb olması barədə iltizam alınıb-alınmaması araşdırılmamışdır. Borclunun banklarda və digər kredit təşkilatlarında hesab və əmanətlərinin araşdırılması, ölkədən gedişinin müvəqqəti məhdudlaşdırılması, borclunun inzibati məsuliyyətə cəlb olunması kimi icra tədbirlərindən də istifadə edilməsi mümkündür. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, qərar ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin e-2(028)- 614/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 LCY000081 saylı xx.xx.2022-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 240 manat borc, 5 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının iddiaçı Tələbkar QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-614/2022 saylı mülki işinin materiallarında olan Maraqlı şəxs icra məmuru Sevinc Əhmədovanın xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin e-2(028)- 614/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. Həmin qərarda icra sənədinin icrası X2 mülkiyyətində heç bir əmlak aşkar olunmadığından mümkünsüz hesab edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 23.1 -ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiy icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsi yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əlde etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallardc axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. - 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. - 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə düzgün gəlməmiş, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir. Çünki borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Qanunvericilik bu xüsusatı digər gəlirlər olmadıqda, habelə əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticə vermədikdə icra sənədinin geri qaytarılmasının əsası kimi müəyyən etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Maraqlı şəxs Qubadlı Rayon Məhkəməsinin e-2(028)-614/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qubadlı Rayon Məhkəməsinin e-2(028)-614/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzr icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar