Məhkəmə qərarları › İş №8(028)-31/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-31/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-31/2025 25.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, Borclu iştirakı ilə Sumqayıt şəhəri üzər icra İdarəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsi barədə tələbkar "xxxx" ASC-nin əzirəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)- 1025/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi geri qaytarılmışdır. Ərizəçi "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 1025/2017 saylı xx.xx.2017 saylı məhkəmə əmrinə əsasən Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə cəmi 441,69 manat məbləğində kredit borcunun tutulması əmr edilmiş və məhkəmə əmri icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, borclu məhkəmə əmrini tam icra etməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən məhkəmənin sözügedən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Belə ki, icra məmuru borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclu ailəlidirsə, nikah dövründə ərinin (arvadının) adına hər hansı bir daşınar və daşınmaz əmlakının olub-olmamasını müəyyən etməmişdir. Borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarında icra sənədinin icrası istiqamətində bütün qanunamüvafıq tədbirlərin görülməsi qeyd edilsə də, tələbkar görülmüş qanunamüvafiq tədbirlər barədə məlumatlandırılmamışdır. Məhkəmə iclasında borclu bildirdi ki, Bakı şəhəri Nəsimi rayonunda Texniki Peşə məktəbinin yataqxanasında məcburi köçkün kimi məskunlaşmışdır. Əvvəl müəllim işləyib. Sonradan işdən çıxıb. Hazırda taksi fəaliyyət ilə məşğuldur. İcra məmuru onunla danışıqlar aparmışdır. Borcdan banka 100 manat ödəmişdir. Ailəyə gəlir gətirən tək odur. Məhkəməyə hazırda borc məbləğindən hər ay az miqdarda ödəmək iqtidarında olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkar lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunu dinləyib, ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, qərar ləğv edilməli və icra sənədi üzr icra hərəkətləri davam etdirilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-1025/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu 366,51 manat əsas, 55,18 manat faiz, cəmi 421,69 manat borc və 20 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-1025/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. Həmin qərarda icra sənədinin icrası Borclu məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmadığından mümkünsüz hesab edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 23.1 -ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiy icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsi yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əlde etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallardc axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. - 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. - 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə düzgün gəlməmiş, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir. Çünki borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Qanunvericilik bu xüsusatı digər gəlirlər olmadıqda, habelə əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticə vermədikdə icra sənədinin geri qaytarılmasının əsası kimi müəyyən etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-1025/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-1025/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar