Məhkəmə qərarları › İş №8(028)-34/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-34/2025

14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-34/2025 14.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə Ərizəçi (Tələbkar) X1 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Əriçəzi ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-89/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqq məbləğinin mislinə uyğun sabit pul məbləğində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 89/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 117 manat alimentin Borclu ərizəçinin xeyrinə tutulması qət edilmişdir. Hazırda ölkə üzrə uşaqlar üşün yaşayış minimumu artmışdır. Göstərinləri nəzərə alaraq, ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Tərəflər qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələri səbəbləri haqqında məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-1019/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinə əsasən iddia tələbi təmin olunaraq, Borclu ilə X5 arasında bağlanmış nikah qeydinin pozulması, xx.xx.2012-ci il təvəllüdlü X4 anası X2 himayəsinə verilməsi, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı ildən başlayaraq Borclu hər ay 150 manat alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1783/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-89/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi - xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu oğlundan hər ay aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X3 verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixli təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 117 manat sabit pul məbləğində alimentin tutulub X3 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvarın 1dən 116 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvar ayının 1-dən 2018-ci ilin yanvar ayının 1-dək 116 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1783/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 117 manat sabit pul məbləğində aliment təyin olunduğundan, indeksləşmə qaydasına əsasən cavabdehdən hər ay üçün 2025-ci ildə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,008 misli həddində sabit pul məbləğində aliment hesablanılır. (117 manat/116 manat=1,008; 400 manat x 1,008=403,2 manat) Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, borcludan 2017-ci ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləğinin hər ay uşaq üçün 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,6 misli həddində indeksasiya edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1783/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2012-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay uşaq üçün 117 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,6 misli həddində indeksasiya edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar