Məhkəmə qərarları › İş №8(028)-4/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-4/2023

25.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-4/2023 25.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Ramil Babayevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-263/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment xx.xx.2022-ci il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 50 (əlli) manat miqdarda maddi yardımın xx.xx.2022-cı il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək tutulub X1 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev zəruri icra hərəkətlərinin təmin edilməsi məqsədi ilə məhkəməyə təqdimatla müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-263/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsində icraata daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq qərarın surəti könüllü icra haqqında bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmiş, lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir.xx.xx.2023-cü il tarixdə yeri müəyyən edilərək icra idarəsinə gətirilən Borclu könüllü icra haqqında bildiriş kötüyünə imza etdirilməklə yenidən təqdim olunmuş və izahatı alınmış, barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş, lakin borclu tərəfindən yığılmış aliment borcundan 1000 manat ödənildiyindən Qubadlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.Bundan sonra borclu tərəfindən cəmi 40 manat ödəniş olunmuşdur.O, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun çağırışlarından yayındığı və yaşayış yeri məlum olmadığından barəsində yenidən axtarış qərarı qəbul olunaraq xx.xx.2023-cü il tarixli məktubla Qubadlı Rayon Polis Şöbəsinə göndərilmişdir. Tələb tam təmin olunmadığı üçün borclunun əmlak və gəlirləri barədə “Elektron icra” informasiya sistemindən çıxarış edilmiş, lakin onda tələbin yönəldilməsi mümkün olan əmlak və gəlirlər aşkar edilməmişdir.Hazırki icraat materiallarına əsasən hər iki icra sənədi üzrə borclu tərəfindən ümumilikdə 1040 manat ödəniş edilmiş, xx.xx.2023cü il tarixədək 1633 manat aliment borcu yığılmışdır. Borclunun aliment öhdəliyindən yayınaraq ölkə hüdudlarını tərk etməsi ehtimal edildiyindən, hesab edilir ki, onun ölkədən getmək hüququ aliment borcu tam ödənilənədək məhdudlaşdıırılmalıdır. Borclunun yaşayış yerinin müəyyən olunması üçün xx.xx.2022-ci il tarixdə axtarış qərarı qəbul olunaraq Qubadlı rayon Polis Şöbəsinə göndərilmiş və müvafiq axtarış işi açılmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 263/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu (xx.xx.1994, Sumqayıt şəhəri, FİN:xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş edilir. İcra məmuru, tələbkar və borclu lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər.Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, 2(028)-263/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayevin təqdimatı kifayət qədər əsaslandırılmış, icra vərəqəsi üzrə borclu bildirişlə tanış edilmiş, onun izahatı alınmış, əmlak vəziyyəti tam araşdırılmış, başqa sözlə icra məmuru üçün məcburi xarakter daşıyan “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın normalarının tələblərinə icra məmuru tərəfindən riayət olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətinə icraata başlamaq haqqında qərar qəbul edir.Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 27.1-ci maddəsinə əsasən, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Həmin Təlimatın 2.4-cü bəndinə görə təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyada olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəziəfli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmcinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məçəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-263/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar