Məhkəmə qərarları › İş №8(028)-41/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-41/2025

27.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-41/2025 27.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi (Tələbkar) Tələbkar iştirakı ilə “İcra sənədinin qaytarılması haqqında” Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə Tələbkar əzirəsini nəzərdən keçirib, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Tələbkar məhkəməyə müraciət edərək, cavabdeh Qurbanov Sədiyar Balaş oğlundan kredit müqaviləsinə əsasə verilmiş 7200 manat pulun, maddi ziyana görə 500 manatın və mənəvi ziyana görə 1000 manat vəsaitin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək Qurbanov Sədiyar Balaş oğlundan xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 7200 manatın, maddi ziyana görə 500 manatın və mənəvi ziyana görə 1000 manat vəsaitin tutularaq iddiaçı Tələbkar ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin Qubadlı Rayon Məhkəməsinə qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi (tələbkar) ərizəsini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri üzrə icra İdarəsinin İ dərəcəli ədliyyə qulluqçusu X1 tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməy qaytarılması barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul etmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, ləğv edilməli və icra sənədi icra edilməsi üçün icra idarəsinə göndərilməlidir. Məhkəmnin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən kredit müqavilsi ilə bağlı 7200 manat, maddi ziyana görə 500 manat və mənəvi zərərə görə 1000 manat məbləğində pulun Qurbanov Sədiyar Balaş oğlundan tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra sənədi icra edilməsi üçün icra şöbəsinə göndərilmişdir. Lakin borclu tərəfindən borc ödənilməmiş, məhkəmənin qətnaməsi icra edilməmiş və borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. İcra məmurunin qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə AR İXM-nin 528.1 maddəsi ilə inzibati xətanı törətməklə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. Borclu borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırdığından Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2021 -ci il tarixdə təqsirləndirilən şəxs Qurbanov Sədiyar Balaş oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq onun CM-nin maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hökm çıxarmışdır. İcra məmuru Ədliyyə Nazirliyi Elektron İcra İnformasiya Sistemindən əldə olunan məlumatlara əsasən borclu Sədiyar Qurbanovun heç bir əmlakı olmadığını əsas götürərək "İcra haqqında" AR Qanununun 23. 1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılmasına istinad etməklə icra sənədinin məhkəməyə qaytarılması barədə qanunsuz qərar qəbul etmiş və nəticədə bir tələbkar kimi hüquqları kobud şəkildə pozulmuşdur. İcra məmuru heç bir əsas olmadan, borclunun maraqlarının müdafiəsi məqsədi ilə belə bir qərar qəbul etmişdir. Şikayətin təmin olunması xahiş edilir. Sumqayıt şəhər üzrə İcra İdarəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tələbkarı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, qərar ləğv edilməli və icra sənədi üzr icra hərəkətləri davam etdirilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Emil Həsənovun xx.xx.2017-ci il tarixli qərarının surətinə əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)- 641/20207 saylı xx.xx.2017-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/20207 saylı xx.xx.2017-ci il tarixli icra sənədi «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. Həmin qərardan görünür ki, icra sənədi Qurbanov Sədiyar Balaş oğluna məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlak olmadığından mümkünsüz hesab edilmişdir. Qubadl Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayət təmin edilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzr icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Samir Məmmədovun xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/20207 saylı xx.xx.2017-ci il tarixli icra sənədi «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 23.1 -ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiy icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsi yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əlde etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallardc axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. - 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. - 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Belə ki, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə düzgün gəlməmiş, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir. Çünki borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Qanunvericilik bu xüsusatı digər gəlirlər olmadıqda, habelə əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticə vermədikdə icra sənədinin geri qaytarılmasının əsası kimi müəyyən etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-641/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzr icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar