Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-46/2025 03.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Bəyistan oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi (tələbkar) X2 iştirakları ilə Ərizəçi (tələbkar) X2 məhkəmə qətnaməsinə əsasən alimentin indeksasiya edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 məhkəmə qətnaməsinə əsasən ödənilməli olan aliment məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-141/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 141/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş, uşaq ərizəçinin himayəsinə verilmiş və uşağın saxlanması üçün cavabdehdən ərizəçinin xeyrinə aliment tutulması qət edilmişdir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları artmışdır. Bu səbəbdən maddi təminatda çətinlik çəkir. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Göstərinləri nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizə təqdim edərək bildirmişdir ki, ərizəsində səhvən qətnamə ilə müəyyən edilmiş aliment miqdarının minimum əmək haqqının 0,886 misli miqdarında indeksasiya olunmasını göstərmişdir. Qeyd edilən halı nəzərə alaraq təyin edilmiş aliment məbləğinin minimum əmək haqqının 0,994 misli həddində indeksasiya edilməsini məhkəmədən xahiş etdi. Borclu (maraqlı şəxs) Borclu qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 232.2-ci maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini (tələbkarı) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-141/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək 02 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 mart 2013-cü il tarixdən başlayaraq hər ay Borclu 93 (doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi və iddia tələbi alimentin qalan məbləği hissəsində təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı 067908 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 avqust 2012-ci il təvəllüdlü uşağın soyadı “Həsənzadə” qeyd edilmişdir. Atası Borclu, anası isə X5r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2011-ci il dekabr ayının 1-dən 93,5 manat müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindən əldə edilmiş məlumatlara əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2011-ci il dekabr ayının 1-dən 2013-cü ilin sentyabr ayının 1-dək 93,5 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-141/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə hər ay uşaq üçün 93 manat sabit pul məbləğində aliment təyin olunduğundan, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,994 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (93 manat/93,5 manat=0,994). Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə hesab edir ki, borcludan 2013-cü ildə təyin edilmiş və həmin vaxtdan tutulan aliment məbləği 2025-ci ildə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilməklə indeksasiya edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 232, 263-264 və 266- 269-cu maddələrini rəhbər tutaraq qərara aldı: Ərizə təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-141/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2012-ci il tarixdə doğulmuş İsmayılzadə (Həsənzadə) Zəhra Azər qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay uşaq üçün 93 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 0,994 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM SAMİR İSMAYİLOV
Məhkəmə qərarları › İş №8(028)-46/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-46/2025
03.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver