Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-47/2025 12.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi (Tələbkar) X1 iştirakı ilə Ərizəçi (Tələbkar) X1 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə nə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (Tələbkar) X3 məhkəməyə ərizə ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin2(28)-317/2012 saylı mülki iş üzrə 16 noyabr 2012-ci il tarixli qətnaməsi ilə Borclu birgə nikahlarından anadan olmuş 27 sentyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0,625 mislində, 250 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə müraciət edərək, işin baxılmamış saxlanmasını və ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Borclu qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə ərizəçini (tələbkarı) dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r v e r d i: Ərizəçi (Tələbkar) X1 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №8(028)-47/2025
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-47/2025
12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver