Məhkəmə qərarları › İş №8(028)-5/2022

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-5/2022

01.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-5/2022 01.04.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(028)-927 saylı, 06.12.2017-ci il tarixli icra sənədi üzrə borclu Baxışova Vəzifə Qaytaran qızının məcburi gətirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına baxaraq müəyyən etdi: Qubadlı Rayon Məhkəməsinin 2(028)-927 saylı, 06.12.2017-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X3, X1, X2, X7 və Baxışova Vəzifə Qaytaran qızından müştərək qaydada 16.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4561 ABŞ dolları 36 sent əsas borc, 3216 ABŞ dolları 55 sent faiz borcu, 19 ABŞ dolları 70 sent cərimə borcu, cəmi 7797 ABŞ dolları 61 send borc, ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov tərəfindən məhkəməyə ünvanlanmış təqdimatda göstərilmişdir ki, icra vərəqəsinin icrası ilə bağlı borclu Baxışova Vəzifə Qaytaran qızına şifahi və yazılı xəbərdarlıq olunmuşdur. Lakin borclu məhkəmə qərarının icrası ilə bağlı çağırışlara gəlməmiş və səbəbi barədə məlumat verməmişdir.Ona görə də borclunun qərəzli hərəkəti nəticəsində icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq borclu Baxışova Vəzifə Qaytaran qızının məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, borcluya bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə qərarının icrası ilə bağlı verilmiş çağırışa gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Məhkəmə iş materiallarını və icra məmurunun təqdimatını nəzərdən keçirib hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-927 saylı, 06.12.2017-ci il tarixli icra sənədinə əsasən borclu Baxışova Vəzifə Qaytaran qızı barəsində məcburi qaydada gətirilmə tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 84-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-927 saylı, 06.12.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.1961-ci ildə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuş, Qubadlı rayonu, Xocahan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında məskunlaşan borclu Baxışova Vəzifə Qaytaran qızı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Qubadlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Qubadl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar