Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-5/2024 13.05.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi Borclu iştirakları ilə, Qubadlı Rayon Məhkəməsinin 2(028)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli və Qubadlı Rayon Məhkəməsinin 2(028)-643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru təqdimatla Qubadlı Rayon Məhkəməsinə müraciət edərək Qubadlı Rayon Məhkəməsinin (028)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli və Qubadlı Rayon Məhkəməsinin 2(028)-643/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin (028)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1946,62 manat pul vəsaiti tutularaq "xxxx" KB ASC-yə və Qubadlı Rayon Məhkəməsinin 2(028)-643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1946,62 manat alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra vərəqələri xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə icraata daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Könüllü icra müddətində tələb təmin olunmadığından, tələbin yönəldilə biləcəyi daşınar və daşınmaz əmlakların, banklarda hesabının və gəlirinin müəyyənləşdirilməsi məqsədi ilə aidiyyatı orqanlara müvafiq sorğular göndərilmiş, lakin tələbin yönəldilməsinə yol verilən əmlak və gəlir aşkar olunmamışdır. Borclu barəsində icra sənədləri bir icraatda birləşdirilmişdir. Borcludan müxtəlif tarixlərdə izahatlar alınmış, borclunun məhkəmə qərarının icrası ilə bağlı olan öhdəliyini yerinə yetirmək üçün kifayət qədər müddət verilmişdir. Lakin o, icra sənədləri daxil olduğu dövrdən hal-hazıradək icra sənədlərini icra etməyərək dolayısı ilə hərəkətsizlik göstərmiş, üzürsüz səbəbdən məhkəmə qərarını icra etməmişdir. Bu da borcluda məhkəmə qərarına və onun icrasına münasibətdə arxayınçılıq və etinasızlıq hissi yaratmışdır. Hesab edilir ki, zəruri icra tədbirlərinin görülməsi müddəti ərzində Borclu ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmədə Borclu bildirdi ki, işsiz olduğu üçün 5-6 aydı ödəniş etməmişdir. Halhazırda işləyir, hər ayın 5-də maaş alır ona görədə hər iki borcu üçün hər ayın 5-də ödəniş edəcək. Sərhəddən kənara çıxmayıb. Məhkəməyə ünvanlanmış ərizədə tələbkar "xxxx" MMC məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərinə görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və tələbkar "xxxx" KB ASC lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almış, ona bunun üçün 10 gün vaxt verildiyi izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli və Qubadlı Rayon Məhkəməsinin 2(028)-643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-493/2022 saylı, xx.xx.2022-ci il tarixli və Qubadlı Rayon Məhkəməsinin 2(028)-643/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №8(028)-5/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-5/2024
13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver