Məhkəmə qərarları › İş №8(028)-53/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-53/2025

17.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-53/2025 17.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi (Tələbkar) X2 Borclu qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: Ərizəçi (Tələbkar) X5 ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)317/2012 saylı mülki iş üzrə 16 noyabr 2012-ci il tarixli qətnaməsi ilə Borclu birgə nikahlarından anadan olmuş 27 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş alimentin sabit pul məbləğində yəni 246 manat məbləğində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi məhkəməyə iddia icraatı qaydasında müraciət etməli olduğu halda, ərizə qaydasında müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (Tələbkar) X2 Borclu qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar