Məhkəmə qərarları › İş №8(028)-6/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-6/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-6/2023 30.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Qubadlı Rayon Məhkəməsinin 2(028)-288/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə “borclunun əmlakının həbsdən azad edilməsi haqqında” Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il qərardadına əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş 2(028)-288/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Mersedes E200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrul Rüstəmov təqdimatla məhkəməyə müraciət edərək, borclu tərəfindən qətnamə üzrə borc tam qaydada ödənildiyindən Borclu məxsus “Mersedes E200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 288/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu tələbkar "xxxx" ASCnin xeyrinə 2780 manat pul tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus “Mersedes E200” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə xx.xx.2016-cı il tarixli təqdimatla məhkəməyə müraciət edilmiş və təqdimat təmin olunaraq 8(028)-106 saylı xx.xx.2016-cı il tarixli qərardad çıxarılmışdır.Hazırda borclu borcunu tam şəkildə ödəmişdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsi məhkəmədən xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Qubadlı Rayon Məhkəməsinin 8(028)-106 saylı xx.xx.2016-cı il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə qərardadına əsasən Borclu məxsus “Mersedes E200” markalı, ** BN *** qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ödəniş qəbzlərindən görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri İcra İdarəsinin hesabına (xidmətin adı: dövlət xəzinadarlığı) 2783 manat pul ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Borclu tərəfindən borc tam ödənildiyi üçün Qubadlı Rayon Məhkəməsinin 8(028)-106 saylı xx.xx.2016-ci il tarixli icra sənədi üzrə “borclunun əmlakının həbsdən azad edilməsi haqqında” Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Toğrul Rüstəmovun təqdimatı təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Yuxarıda göstərilənləri, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43- 50-ci və Azərbaycan Respublikası 263-264, 267-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Təqdimat təmin olunsun. Qubadlı Rayon Məhkəməsinin 8(028)-106 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “Mersedes E200” markalı, ** BN *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar