Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-6/2024 15.05.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(028)-222/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə daşınmaz əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-222/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X1, X4 və Borclu 4770,8 manat borc və 68,81 manat dövlət rüsumu müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra məmuru Mirelnur Musəvi borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda göstərilir ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, müvafiq qaydada icraya yönəldilmiş, icraata başlanılaraq, qərarın surəti borclulara könüllü icra üçün bildiriş göndərilmiş, lakin tələb tam təmin olunmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin “Elektorn icra” informasiya sistemindən çıxarış edilmiş, Borclu məxsus olann 1997-ci il istehsal tarixli, QAZ33021 yük markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyatda olduğu müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə əmlaka yönəlməsi barədə məcburi icra tədbiri tətbiq edilməlidir. Təqdimata baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, borcluya və tələbkara məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədənin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 263-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 2(028)- 222/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu adına QAZ33021 yük markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət vermək olar. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №8(028)-6/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-6/2024
15.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver