Məhkəmə qərarları › İş №8(028)-7/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-7/2023

25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-7/2023 25.07.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin 16(028)-22/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə dair təqdimatını nəzərdən keçirib, m ü ə y y ə n e t d i̇ : Qubadlı Rayon Məhkəməsinin 16(028)-22/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (2(028)-249/2023 saylı mülki iş) Borclu birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006cı il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev məhkəməyə təqdimatla müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 16(028)- 22/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X4 tələbdən imtinasının qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 16(028)- 22/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək alimentdən imtina etdiyini və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən tələbkarın imtinasının qəbul olunmasına dair qərardad çıxarılması xahiş edilir. İcra məmuru, tələbkar və borclu lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər.Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin hallarını araşdırıb hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Tələbkar Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 16(028)-22/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu ünvan 3 ünvanında yaşayan Borclu alimentin tutulması qət edilmişdir. O, alimentdən imtina edir və xahiş edir ki, onun alimentdən imtinası qəbul edilməklə icra vərəqəsi üzrə icraata xitam verilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə, icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 16(028)-22/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbdən imtinası qəbul edilsin və icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar