Məhkəmə qərarları › İş №8(028)-8/2023

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №8(028)-8/2023

25.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(028)-8/2023 25.09.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Qubadlı Rayon Məhkəməsinin 2(028)-209/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin qaytarılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair Tələbkar ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmov tərəfindən Qubadlı Rayon Məhkəməsinin 2(028)-209/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi geri qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 209/2019 saylı xx.xx.2019-cu il tarixli məhkəmə aktına əsasən X1 3000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkara verilməlidir.İcra sənədi icra olunması üçün Qubadlı Rayon Məhkəməsi tərəfindən qanunauyğun olaraq icraya yönəldilmişdir.Sumqayıt şəhəri İcra İdarəsi xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarında X2 elektron icra sistemində əldə olunmuş məlumatlar əsasında tələbin yönəldilə biləcək əmlakının və gəlirinin olmadığını əsas götürmüşdür.Belə ki, Sumqayıt şəhəri İcra İdarəsi tərəfindən borclunun evinə baxış keçirilməmiş, zəruri orqanlara sorğular edilməmiş, borclunun şəxsi və ümumi birgə əmlakda payının olması müəyyən edilməmişdir. İcra məmuru tərəfindən müvafiq akt tərtib edilməmiş və tələbkara göndərilməli olduğu halda göndərilməmişdir.Sumqayıt şəhəri İcra İdarəsinə ərizəçi tərəfindən rəsmi müraciət olunmuş və xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarın surəti tələb olunmuşdur.Qərarın surəti ona xx.xx.2023-cü il tarixdə poçtla təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında icra məmuru və tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: - Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Toğrul Rüstəmovun xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 209/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən icrası mümkün olmadığından icra edilmədən geri qaytarılmışdır. - Həmin qərardan görünür ki, icra sənədi X3 məxsus tələbin yönəldilə biləcəyi heç bir əmlak olmadığından mümkünsüz hesab edilmişdir. - Qubadlı Rayon Məhkəməsinin 2(028)-209/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X1 3000 manat əsas borc və 30 manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində göstərilir кi, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 23.1 -ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiy icra sənədi tələbkarın ərizəsi əsasında; borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsi yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əlde etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallardc axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə hesab edir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-209/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılması barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, icra məmuru icra sənədinin icrasının mümkünsüzlüyü qənaətinə düzgün gəlməmiş, sözügedən qərarın icrası imkanlarını tam həyata keçirməmişdir.Çünki borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmaması icra sənədinin icrasının mümkünsüzlüyünə dəlalət etmir və geri qaytarılması üçün əsas deyildir. Qanunvericilik bu xüsusatı digər gəlirlər olmadıqda, habelə əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticə vermədikdə icra sənədinin geri qaytarılmasının əsası kimi müəyyən etmişdir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Qubadlı Rayon Məhkəməsinin 2(028)-209/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-209/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzr icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət vermək olar. HAKİM ƏFQAN ƏLƏKBƏROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar