Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 8(029)-11/2023 23.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Qusar rayon İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qusar rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Qusar rayon Məhkəməsinin 2(029)-691/2019 saylı, 04 iyun 2019-cu il tarixli icra sənədinə əsasən Borclu 07 may 2019-cu il tarixdən başlayaraq 09 sentyabr 2007-ci il təvəllüdlü X1 və 04 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2019-cu il icraata daxil olmuş, həmin tarixdə icra işi açılmış, icraata başlama haqqında qərar qəbul edilərək borcluya “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən 10 gün könüllü icra müddəti verilmiş və rəsmi bildiriş göndərilmişdir. Borcluya verilmiş könüllü icra müddəti başa çatdıqdan sonra məcburi icra tədbirlərinə başlanılmış, Borclu əmlakı və digər gəlirləri barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri aşkarlanmamışdır. Borclu dəfələrlə şöbəyə dəvət olunaraq izahatı alınmış, ona yaranmış aliment borcunu və aylıq aliment öhdəliyini yerinə yetirməsi üçün xəbərdarlıq edilmişdir. Hazırda Borclu icra sənədi üzrə 1750 manat aliment borcu yaranmışdır. Borclu yaranmış aliment borcunu ödəməsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə özünə imza edilməklə bildiriş verilmişdir. Borclu bildirişi aldığdan sonra da yaranmış aliment öhdəliyini yerinə yetirməmişdir. xx.xx.1977-ci il təvəllüdlü Borclu Qusar rayonu Torpaq- körpü kəndində qeydiyyatdadır və hal-hazırda həmin ünvanda yaşayır. Odur ki, icra vərəqəsində göstərilən tələbin tam təmin edilməsi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci madəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Qusar rayon məhkəməsinin 2(029)-691/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Borclu 07 may 2019-cu il tarixdən başlayaraq 09 sentyabr 2007-ci il təvəllüdlü X1 və 04 may 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Qətnamə dərhal icra edilməlidir. Borcluya verilmiş könüllü icra müddəti başa çatdıqdan sonra məcburi icra tədbirləri başlanılmış, Borclu əmlak və digər gəlirləri barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri aşkarlanmamışdır. Borclu dəfələrlə Qusar rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatı alınmış, ona yaranmış aliment borcunu və aylıq aliment öhdəliyini yerinə yetirməsi üçün xəbərdarlıq edilmişdir. Hal-hazırda icra sənədi üzrə borclunun 1750 manat aliment borcu yaranmışdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu icra sənədini vaxtında könüllü olaraq tam icra etmədiyindən həmin icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə onun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Qusar rayonu Torpaq Körpü kəndində yaşayan xx.xx.1977-cu il təvəllüdlü Borclu (AZE *******) Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №8(029)-11/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №8(029)-11/2023
23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver